Oxunma sayı: 159

Sual #545 : Şeyx Süleyman Ruheyli – Qəzəb halında Allahı, Rəsulunu və dini söyənin hökmü


Sual:

Sual verən qadın deyir ki, ərim həmişə əsəbləşəndə dini söyür. Mən ondan ayrılımmı?

Tarix: 2020-03-27

Cavab #545 : Şeyx Süleyman Ruheyli – Qəzəb halında Allahı, Rəsulunu və dini söyənin hökmü


Şeyx Süleyman Ruheyli:

Onun qəzəbi bu iki haldan qırağa çıxmır.

Birinci hal budur ki, qəzəbi dəlilik dərəcəsinə çatsın. Belə ki, yeri göydən, ananı zövcədən, bacını qızdan seçə bilmir. Ağlı tamamiylə yoxa çıxır. Beləsi qəzəbiylə dəli sayılır və sözünə görə məsuliyyət daşımır. Əgər öz zövcəsinə “səni boşadım” desə nigahı düşməz. Çünki, bu dəlidir. Əgər belə bir halda anası gəlib “ay oğlum, niyə onu boşayırsan?” desə deyər ki, “səni də boşadım”, çünki, bilmir nə deyir.  Beləsindən qələm qaldırılmışdır. Onun bu halda dini söyməsi hesaba alınmır. Çünki o, dəlidir.

İkinci hal isə, qəzəbin bu dərəcəyə gəlib çatmamasıdır. Ağlı başındadır, başa düşür və bunun söyüş olduğunu da bilərək dini söyürsə böyük küfrlə kafir olub İslam dinindən çıxır.

Kim Rəbbimizi söyərsə bizdən deyildir. Kim peyğəmbərimizi söyərsə bizdən deyildir. Kim Quranımızı söyərsə bizdən deyildir. Kim dinimizi söyərsə bizdən deyildir. Böyük küfrlə kafir olub İslam dinindən çıxar. İki şərtlə, nə dediyini və dediyinin söyüş olduğunu bilməlidir. Əgər nə dediyini bilirsə yəni, dəlilik dərəcəsinə çatmır və dediyinin də söyüş olduğunu bilirsə bununla o, böyük küfrlə kafir olur. Onun kafir olmasında heç tük qədər də tərəddüd edilmir. Bununla o, İslam dinindən çıxır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir