Oxunma sayı: 202

Sual #1 : Şeyx Salih Ali Şeyx – Partlayış törədənlər təkfirçilərdir


Aparıcı:

Allah sizi xeyirlə mükafatlandırsın!
Cənab şeyx, sizcə baş verən bu partlayışların bəzi səbəbləri həmin insanların təkfir düşüncəli olmalarıdır?

Tarix: 2017-11-14

Cavab #1 : Şeyx Salih Ali Şeyx – Partlayış törədənlər təkfirçilərdir


Şeyx Salih Ali Şeyx (Allah onu qorusun):

Heç şübhəsiz bu belədir. Bu hadisələrdən 7 il öncə Ər-Riyad şəhərində partlayış baş vermişdi. Həmin partlayışları törədənlərlə söhbət zamanı onlar bildirmişdilər ki, Onlar təkfir etiqadlıdırlar.

Onlar hətta alimləri təkfir etdiklərini dilə gətirmişlər, o ki qaldı qeyrilərini. Onlar bunu izhar etməsələr də, bu məsələ onların etiqadlarında var.

Bir halda ki, bir insan belə vəhşi və iyrənc əməllər törədir, o insan üçün əməlinə bəraət qazandıracaq bir səbəb olmalıdır. Bu bəraət ya bütün insanları, ya da bəzilərini təkfir etməklə mümkündür.
Bu isə alimləri qəbul etməməyə, cəmiyyətdən narazı olmağa, yaxud öz zənnində cihad hesab etdiyi amma əslində şəriətin tələb etdiyi şərtlərlə tamamlanmamış əmələ rəğbət bəsləməkdən irəli gəlir.

 

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Əlaqədar Fətvalar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir