Oxunma sayı: 154

Sual #541 : Ləcnə əd-Daima – Bizim ölkədə adətlə Allahı söyürlər


“Elmi araşdırmalar və fətva üçün daimi komitə”-nin (yəni, “Ləcnə”) 9842-ci fətvası 6-ci sual:

Sual: “Bizim ölkəmizdə böyük günahlardan olan yayılmış bir adət var ki, o da Allahın zatını söyməkdir. Bunun İslamda hökmü nədir? O kəs razı olmasa da (bu əməli ilə) onun zövcəsi ondan boşanmış sayılırmı?”

Tarix: 2020-03-06

Cavab #541 : Ləcnə əd-Daima – Bizim ölkədə adətlə Allahı söyürlər


Cavab: “Əlhəmdulilləh, Allahın salamı və salavatı peyğəmbərinin, ailəsinin və səhabələrinin üzərinə olsun. Daha sonra;

Allahın zatını söymək böyük günahların ən böyüklərindəndir. Hətta İslam dinindən çıxmaqdır. Kimdən bu şey baş vermişdirsə dərhal tövbə etməli, Allahdan bağışlanma diləməli və savab əməllərini çoxaltmalıdır. Əgər səmimi bir şəkildə tövbə edərsə Allah tövbəsini qəbul edər və bununla da zövcəsi özündə qalmış olar.

Müvəffəqiyyət Allahdandır. Allahın salamı və salavatı peyğəmbərinin, ailəsinin və səhabələrinin üzərinə olsun. “

Komitənin sədri: şeyx Abdul-Aziz ibn Bəzz
Sədrin müavini: şeyx Abdur-Razzəq əl-Afifi
Üzv: şeyx Abdullah ibn Ğudeyyan

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir