Oxunma sayı: 218

Sual #539 : Şeyx Rabiyə zəng – Bizim ölkədə bir elm tələbəsi “Allahı söyənə cahillik üzrdür” deyir!


Sual verən: Ey şeyx, bizim ölkəmizdə bəzi kəslər var ki, və rəsulunu söyürlər. Bəzi qardaşlar da var, biz dedikdə ki, Allahı söymək küfrdür və söyən kəs də kafirdir dedikdə bizə etiraz etdilər. İstiyirik ki, bu məsələdə bizim aramızda hakim olasınız. Sizdən xahiş edirik ki, bizə bu məsələləri açıqlayasınız:
– Allahı söyənin hökmü nədir?
– söyən kəs müəyyən olaraq təkfir olunurmu?
– bu məsələdə təkfirin şərt və maneləri nədən ibarətdir?”

Tarix: 2020-03-06

Cavab #539 : Şeyx Rabiyə zəng – Bizim ölkədə bir elm tələbəsi “Allahı söyənə cahillik üzrdür” deyir!


Şeyx:
Allahı söyən sələflərin icması ilə kafirdir!!!
Peyğəmbəri söyən də həmçinin kafirdir!!!
İnsan bu məsələlərdə cahilliyinə görə də üzrlü bilinmir. Çünki bütün insanlar Allahı tanıyırlar, bütün insanlar Muhammədi (sallallahu aleyhi və səlləm) tanıyırlar, bilirlər ki, o, Allahın elçisidir. Belə olduqda onlar Allahı və rəsulunu niyə söyürlər?… Bu ikisini ancaq Allahı layiqincə qiymətləndirməyənlər və peyğəmbərin dərəcəsini saymayanlar söyər. Bəli.

Sual verən: Şeyx, yəni belə kəs müəyyən olaraq təkfir olunur?

Şeyx: Bəli! Müəyyən olaraq təkfir olunur və öldürülür. Təkcə təkfir olunmur, həmçinin öldürülür, özü də ki, mürtəq olaraq öldürülür.

Sual verən: Şeyx Allah sizi xeyirlə mükafatlandırsın!

Bu qardaşlar bəzi şübhələr atırlar. İlk olaraq deyirlər ki, pis tərbiyə ilə böyüdüklərinə görə üzrlüdürlər …(sualı yarımçıq kəsir)

Şeyx: Heç bir üzrləri yoxdur.

Sual: Şeyx, bunlar deyirlər ki, onlar pis tərbiyəyə görə söyürlər.

Şeyx:
Yəhudi və xristianlar da pis tərbiyə ilə böyüyürlər. O zaman onlar da üzrlü olardılar. Bu nə boş sözdü belə?

Sual verən: Şeyx, yəni deyirlər ki, pis tərbiyə…(şeyx sualı yarımçıq kəsir)

Şeyx: Sənə buna da, ona da cavab verdim. Qurtardı!

Sual verən: Allah sizə bərəkət versin.

İkinci sual da deyirlər ki, daha doğrusu ikinci şübhədə deyirlər ki, belə kəslər yaşadıqları cəmiyyətə və cahilliklərinə görə üzrlü olurlar. Onlar Allah söyülən cəmiyyətdə böyüyüblər, buna görə də bu hal onların kafir olmasına mane olur.

Şeyx: Buna da cavab verdim!

Sual verən: Allah sizə bərəkət versin! Bunlara elm əhlinin bu məsələdə icmasını, şeyxul-İsləm İbn Teymiyyənin sözünü, eləcə də şeyx İbn Bəz və şeyx İbn Useyminin -Allah onların hamısına rəhmət etsin – sözlərini, eləcə də Ləcnənin “o, kəs müəyyən olaraq təkfir olunur və cahilliyinə görə üzrlü bilinmir” kimi fətvalarını nəql etdikdən sonra da deyirlər ki, “biz onun təkfirində dayanırıq, onun təkfirində ehtiyat edirik.”

Şeyx:
Yox, o kəs kafirdir. Əksinə olaraq dində ehtiyat etmək elə onun təkfir olunmasıdır. Üzrlü görən kəs gərək Allaha tövbə etsin. Qorxuram ki, onu təkfir etməyənlərin özləri küfrə düşsünlər. Allah sizi qorusun!

Sual verən: Allah sizə bərəkət versin, ey şeyximiz!

Həmçinin bu sözü şeyx Zeyd əl-Mədxəliyə -Allah onu qorusun – çatdırdıq, o da eyni sözü dedi. Dedi ki, “müəyyən olaraq təkfir olunub boynu vurulur.” Onlar dedilər ki, “Bu bizi qane etmədi.” Biz də istədik ki, sizin elminizdən istifadə edək. Allah sizə bərəkət versin.

Şeyx: Əgər onlara şeyxul-İsləm İbn Teymiyyənin sözlərini, Ləcnənin sözlərini gətirdinizsə bundan sonra daha nə istiyirsən?

Sual verən: Onlar deyirlər biz kitabı başa düşmürük…(şeyx, yarımçıq kəsir)

Şeyx: *bunlar səfehlərdir, cahillik və zəlalət əhlidirlər!!! Mürciyələrə oxşuyurlar. Allaha and olsun ki, hətta murciyələr Allahı söyəni təkfir edirlər, hətta ğulat mürciyələr Allahı və rəsulunu söyəni təkfir edirlər. Onlar nə istiyirlər?! Onlar hansı dindədirlər?! Bəsdir, ey qardaşım, bəsdir! Allah sənə bərəkət versin! Mən məşğulam. “

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir