Oxunma sayı: 208

Sual #528 : Şeyx Abbad – Allahı söyənə “cahilliyi üzrdür” deyəcəyik?


Sual verən:

Əqidə məsələlərində cahillik üzrdürmü?

Tarix: 2020-03-06

Cavab #528 : Şeyx Abbad – Allahı söyənə “cahilliyi üzrdür” deyəcəyik?


Şeyx Abbad:

Əqidə məsələlərində açıq-aydın olan şeylər var və gizli olan şeylər var. Yəni, əqidədə elə məsələlər var ki, onu ancaq elm əhli bilir. Onu bütün alimlər bilmir. İsim və Sifətlər məsələsində ola bilər ki, kimsə onun dəlilini bilsin, kimsə isə bilməsin. Yəni, hər kəs dəlilləri bilmir, Sifətləri və ona dəlalət edən şeyləri bilmir. İnsanlar bu şeydə fərqlənirlər. Ola bilər ki, bəzi alimlər Allahın bu sifətinin peyğəmbərin filan sözü ilə sabit olduğunu bilir, başqaları isə bunu bilmir. Bunun kimi dəlil çatmayan kimsə üzrlüdür. Amma heç qaranlıq olmayan açıq-aydın məsələlərdə isə cahillik üzr deyil. Məsələn, Allahı söymək, peyğəmbəri söymək kimi. Allahı söyənə, peyğəmbəri söyənə “ona cahillik üzrdür” deyəcəyik?! Hansı cahilliklə üzrlü görüləcək?! Allah söyülər yoxsa peyğəmbər söyülər?!!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir