Oxunma sayı: 250

Sual #523 : Şeyx Ubeyd əl-Cəbiri – Allahı söyənə kafir deməyən özü kafirdir!


Sual verən:

“Fəzilətli şeyx, özünü Sünnəyə nisbət edən bəzi kəslər var ki, Allahı və rəsulunu söyəni qəzəb və cahillik kimi üzrlərlə üzrlü görür. Bu doğrudurmu? Sizin nəsihətiniz nə olardı, Allah sizi qorusun?!”

Tarix: 2020-03-05

Cavab #523 : Şeyx Ubeyd əl-Cəbiri – Allahı söyənə kafir deməyən özü kafirdir!


Şeyx Ubeyd Cəbiri:

“Qətiyyən, ilk olaraq onu deyim ki, mən elə bir mütəxəssis imam tanımıram ki, belə bir yol tutsun və belə bir qeydlər qoysun. Lakin ola bilər ki, bəzi fəzilətli alimlər bir qrup insan üçün bunu üzrlü görsünlər. Məsələn, “lə iləhə illə Allah”-ı bilib onun mənasını və onun tələblərinə əməl etməyi öyrənməyən insanlar kimilərini bu cəhətdən üzrlü görüblər. Amma ümumi olaraq üzr gətirmək isə xeyr!

Allahı söymək və ya İslam dinini söymək və ya Muhamməd sallAllahu aleyhi və səlləmi söymək və ya səhabələri təkfir edərək və ya onların hamısını fasiq görərək söyməyin qadağan olunması dindən bilinməsi zəruri olan şeylərdəndir. Hətta kim bu kəsin kafir olmasında şəkk edərsə özü kafir olar. Çünki bu şeyləri bilmək məcburidir.

Həmçinin, bəzi insanların qəzəbi də mütləq olaraq üzr görmələri necə deyərlər o feli işləməkdən (Allahı söyməkdən) daha betərdi. Yəni, bu kəs qəzəblənəndə öz Rəbbindən və ya peyğəmbərindən və ya dinindən başqa bir şey tapmır söyməyə? Bu axmaqlıqdır. Belə bir kəs başı bədənin ayrıla qədər rahatlamaz. Başı bədənindən ayrılanda rahatlayar. Həmçinin ondan da rahatlayarlar. Çünki bu Allahın dinindən çıxmaqdır. Gərək tövbə elətdirilsin yoxsa öldürülür. Bunu da şəri hakimin hökmündən sonra rəhbər yerinə yetirir.

Lakin burda bəzi hallar var ki, şiddətli qəzəbdən dolayı baş verir. Misal olaraq, başqa bir kəsin -öz övladının və ya zövcəsinin və ya qardaşının və ya ona yaxın olan kəsin- atasını söymək istəyən kəsi göstərmək olar. Onun atasını söymək istiyirdi, qəzəbinin şiddətindən dili sürüşdü Rəbbini söydü. Əgər nə dediyini bilmirsə, o kəs bununla üzrlü sayılır. Buna dəlil olaraq da (hədisdə gələn) “minik sahibi” hadisəsidir. Hansı ki, üzərində yeməyi və içməyi olan dəvəsini itirmiş, ondan ümidini üzdüyü zaman isə gedib ağacın altında kölgələnmişdi və oyandığında isə onu başının üstündə dayandığını görür. Onun yüyənindən tutur və “Allahım, sən mənim qulumsan mən isə sənin rəbbin” deyir. Bu söz küfr sözüdür və dindən çıxarır. Lakin bununla kafir olmur. Niyə? Çünki sevinci ona qalib gəlmiş və sevincinin şiddətindən dolayı xəta etmişdir. Möhkəm qəzəblənərək nə dediyini bilməyən kəs də bu bağışlanır inşAllah. Lakin Allahdan çoxlu istiğfar diləməsi əmr edilir.”

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir