Oxunma sayı: 251

Sual #514 : Şeyx Fovzan – Bəziləri deyir Allahı söyənə cahillik üzrdür


Sual verən:

“Fəzilətli şeyx, bəzi insanlar deyir ki, “Allahı və rəsulunu söyən buna qəlbi ilə etiqad etmirsə kafir olmur. Ola bilər ki, qəzəbli olsun və ya cahil olsun.” Bəs bu məsələdə sizin rəyiniz nədir? Tövhidin əsaslarında insana cahilliyi üzrdürmü?”

Tarix: 2020-03-04

Cavab #514 : Şeyx Fovzan – Bəziləri deyir Allahı söyənə cahillik üzrdür


Şeyx Fovzan:

” Xeyr, bu icazəli deyil. Xeyr, bu şey nə zarafatla, nə oyunla, nə də cahilliklə üzrlü sayılmır. Bu şeydə nə cahillik var, nə də zarafat. Allahı və rəsulunu söymək icazəli deyil. Allah “Biz ancaq söhbət edib zarafatlaşırdıq” deyən münafiqləri üzrlü saymadı. “Əgər onlardan nə üçün belə etdiklərini soruşsan “Biz ancaq söhbət edib zarafatlaşırdıq” deyəcəklər. De: “Allaha, ayələrinə və rəsulunamı istehza edirdiniz? Ürzxahlıq etməyin! İman gətirdikdən sonra kafir oldunuz!”(ət-Tövbə 65-66)

Allah onları “Biz ancaq söhbət edib zarafatlaşırdıq” sözlərinə görə üzrlü saymadı. Onlar “Bizim qəsdimiz zarafat idi, yolda söhbət edirdik ki, yolumuz qısalsın. Qəsdimiz bu idi.” dedilər. Allah onları kafir etdi və bununla üzrlü saymadı. Bu əməli nə zarafatla, nə ciddi olaraq, nə oyun olaraq, nə də başqa bir şeylə etmək olmaz. Gərək dili bu pis sözlərdən qoruyasan. Bu İslam dinindən çıxmaqdır, Allah qorusun! Kim Allahı söyərsə və ya peyğəmbəri söyərsə İslam dinindən çıxar, istər bunu qəlbi ilə qəsd etsin, istər etməsin və ya (təkcə) zarafatı qəsd etsin. Bunda oyun yoxdur. Əqidədə oyun və ya zarafat yoxdur. Əqidə ilə oynamaq olmaz. İstər zarafatla olsun, istərsə də ciddi olsun Qurana istehza etmək olmaz. Peyğəmbərin sallallahu aleyhi və səlləm sözləri, onun hədisləri ilə də məsxərə etmək və ya zarafat etmək və oyun oynamaq olmaz. Peyğəmbərin sözləri Allahdan olan bir vəhydir. Həmçinin peyğəmbərin zatı (özü) ilə hətta alimlər ilə də bunu etmək olmaz. İslam alimlərini alçaltmaq, ayıblamaq və onlara istehza etmək olmaz. Çünki onlar şəriəti daşıyırlar, dini daşıyırlar. Onlar peyğəmbərlərin varisləridir. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: “Alimlər peyğəmbərlərin varisləridir.” Hətta ümumi olaraq müsəlmanları məsxərəyə qoymaq olmaz. Hətta müsəlmanların avamlarını belə. Allah Cəllə və Alə belə dedi: “Ey iman gətirənlər, bir qövm digər bir qövmü məsxərəyə qoymasın! Ola bilər ki, onlar o birilərindən daha yaxşı olsun. Qadınlar da başqa qadınları. Ola bilər ki, onlar o birilərindən daha yaxşı olsun. Bir-birinizə tənə etməyin, bir-birinizə pis ləqəblər qoşmaşın! İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Kim tövbə etməzsə məhz onlar zalımlardır.”  (Hucurat, 11)

Ümumi olaraq müsəlmanları məsxərəyə qoymaq böyük günahlardandır. Bəs əgər alimləri etsələr necə?! Bəs peyğəmbərləri etsələr necə?! Bəs Allah Azzə və Cəlli etsələr necə?! Məsələ daha şiddətlidir, Allahdan afiyət və salamatlıq istiyirik. Müsəlmana vacibdir ki, dilini bu şeylərdən, onu Cəhənnəmə salan, İslam dinindən çıxardan bu sözlərdən qorusun. İstər bu sözlər zarafatla olsun, istər başqa şeylə.”

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir