Oxunma sayı: 172

Sual #513 : Şeyx Fovzan – Dini söyənin hökmü


Sual:

Dini söyməyin hökmü nədir? Bəzi hallarda ikinci belə deyir: “Allah sənin dinivə lənət eləsin”. Bu kürfdür yoxsa qəzəbdən deyilmiş boş bir sözdür?

Tarix: 2020-03-04

Cavab #513 : Şeyx Fovzan – Dini söyənin hökmü


Şeyx Fovzan:

Əgər şüurunu itirib nə dediyini bilmirsə ona heç bir şey yoxdur. Çünki ağlı gedən bu kəs dəli kimi olmuşdur. Amma şüuru yerindədirsə, nə dediyini bilirsə bununla İslam dinindən çıxır. “De, Allaha, ayələrinə və rəsuluna istehzamı edirsiniz?! Üzrxahlıq etməyin! İman gətirdikdən sonra kafir oldunuz.” (Tövbə, 65-66) Bu sözü danışdığı zaman şüuru yerindədirsə mürtəd olur. O, gərək Allaha tövbə eləsin və İslama təzədən girsin. Allah tövbə edənin tövbəsini qəbul edir. Amma ağlı gedən kəsdirsə, nə dediyini bilmirsə bu halına görə mükəlləf deyil

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir