Oxunma sayı: 194

Sual #501 : Şeyx Fovzan – Adətlə olsa belə Allahı söyən kafirdir


Sual verən:

Fəzilətli şeyx, Allah sizi müvəffəq eləsin! Mən bir müftinin belə soruşulduğunu eşitdim: “Allahı söyən və ya peyğəmbəri söyən və ya dini söyən kafir sayılırmı?” O da belə cavab verdi: “Adətən Allahı dili ilə söyən bunu qəsd etmir. İnsanların bunu asanlıqla etməsi mümkün deyil. Nə dediyini dərk etməyərək Allahı söyən kəs, xüsusən də Allahı və dini söymək çox baş verən bəzi ərəb dövlətlərində sanki onlar ancaq bir-birilərini söyürlər. Bu miskinlər təkfir olunmur.” Bu fətva səhihdirmi?

 

Tarix: 2020-03-03

Cavab #501 : Şeyx Fovzan – Adətlə olsa belə Allahı söyən kafirdir


Şeyx Fovzan:

Bu batil bir kəlamdır, batil bir fətvadır. Çünki Uca Allah buyurur: “Əgər onlardan (nə üçün belə etdiklərini) soruşsan “biz ancaq söhbət edib zarafatlaşırdıq” deyəcəklər. De, Allah, ayələri və rəsulu ilə istehzamı edirdiniz? Üzrxahlıq etməyin, iman gətirdikdən sonra artıq kafir oldunuz!” (ət-Tövbə 65-66). Bu isə deyir “yox, kafir olmurlar”. Bu adam ya cahildir, ya da ki, azmış xəstədir. Allah qorusun

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir