Oxunma sayı: 276

Sual #499 : Şeyx Süleyman Ruheyli – İnsanlar nə üçün batili tez qəbul edir?


İnsanlar batili daha tez qəbul edirlər. Necə də onlar (batildə olan) yüz yalana məhəl qoymadan bir düzə bağlanırlar.

Tarix: 2018-08-12

Cavab #499 : Şeyx Süleyman Ruheyli – İnsanlar nə üçün batili tez qəbul edir?


Şeyx Süleyman ər-Ruheyli:

Bəli, insanlar haqdan daha çox batili daha tez qəbul edirlər. Çünki batil adətən hissiyatlarla oynayır və özündən sonra heç bir əməl yaratmır.

Amma haqq isə ağıllarla danışır və əməllər yaradır. İnsanların da emosiyalara yönəlməsi ağıllara tərəf yönəlməsindən daha sürətlidir. Buna görə də haqqa tərəf çağıranlara vacibdir ki, batil dəvətçilərindən daha çalışqan olsunlar. Çünki insanlar bəzədilmiş, örtülmüş batilə cavab vermələri haqqa cavab vermələrindən daha sürətlidir. Çünki məsələ bayaq dediyimiz kimidir, ey qardaşlar.

Mən dəfələrlə demişəm, batil əhlinin sözü məst edir, xoşa gedir və yormur. Ona görə də görürsən ki, insan batil əhlinə qulaq asır və elə zənn edir ki, o, Allahın ən saleh bəndəsidir, hətta əksinə ən günahkar kəs olsa da belə.

Amma haqq əhlinin sözü isə ağırdır. Buna görə də haqq əhli dəvətçilərinə öz dəvətlərində davam etmələri və səbir etmələri vacibdir. Bəli, dəvətində hətta sənə ən yaxın kəslərdən əziyyətlər görəcəksən. İslah etmək yolu çətin yoldur. İnsanların çoxu isə onları nələrdənsə ayırmağı istəmirlər. İslah etmək yolu acı, lakin sonu isə tərifəlayiq yoldur.

İslah edən bütün emosiyaları gərək ki, elmlə qarşılasın, lakin başqaları isə söyüşlə və tənə ilə qarşılayırlar.

İslah edən bütün emosiyaları elmlə, açıq-aydın dəlillərlə və bürhanlarla qarşılayır, buna görə də onun müxalifləri isə onu hər cürə söyüş və təhqirlə qarşılayır, yolunu bağlamaq, kəsmək istəyirlər və belə hesab edirlər ki, bu islahçıya heç kəs qulaq asmır.

Əvvəllər dərs aldığımız böyük şeyxlər barədə bu baş vermişdir. Onlar barədə də belə deyənlər var idi ki, bunlar məchuldur, Səudiyyada bunlara qulaq asan yoxdur. Bu cür şeylərlə insanları haqq əhlindən qaçırmaq istəyirlər.

İslah etmək çətin yoldur, amma Allahın ixlasla ruziləndirdiyi kəsə müjdələr olsun ki, o, düzgün yoldadır, əvvəli dünya, sonu isə Cənnətdədir. Elə bir islahçı yoxdur ki, Allah üçün ixlaslı olmasın, Allah da onu doğrulamasın, lap ölümündən sonra olsa da belə, ölümündən sonra da olsa onun dəvətinin izləri zahir olacaqdır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir