Oxunma sayı: 263

Sual #487 : Şeyx Əhməd ən-Nəcmi – Bu mumeyyilikdir və insanları azdırmaqdır.


Tarix: 2018-03-04

Cavab #487 : Şeyx Əhməd ən-Nəcmi – Bu mumeyyilikdir və insanları azdırmaqdır.


Sual verən:
Şeyx, biz Hollandiyadanıq. Allah sizi salamat etsin. Bizdə bəzi suallar var, icazə versəydiniz onları sizə ərz edərdik.

Şeyx Əhməd ən-Nəcmi:
Buyurun.

Sual verən:
Bir qayda var, deyir ki, “əgər (kiməsə) hökm versən, sənə də hökm verilər”. Bu qayda səhihdirmi və bu barədə nə deyərdiniz?

Şeyx Əhməd ən-Nəcmi:
Onun “əgər (kiməsə) hökm versən, sənə də hökm verilər” sözü qayda sayılmır. Bu, bəzi insanların ortaya atdığı bir şeydir ki, bidətçi barədə heç kəs danışmasın.

Sual verən:
Allah sizə bərəkət versin. Başqa bir qayda: “Xətakar çıxarmaq olar, amma tən etmək (cərh etmək) haramdır. Allah sizə xeyir versin, bu qayda barədə nə deyərdiniz?

Şeyx Əhməd ən-Nəcmi:
Bu qayda budur ki, heç kəs bidətçilər barədə danışmasın, heç kəs deməsin ki, filankəs bidətçidir. Bidətçiyə bidətçi demək tən (cərh) olmuş olsa da, lakin icazəli təndir. Əgər bidətçi bidətçidir deyə tanıtdırılmasa, onda kim onu tanıyacaq?! Heç kəs onun bidətini bilib, tanımayacaq. Elə deyil?!

Sual verən:
Bəli, şeyx.

Şeyx Əhməd ən-Nəcmi:

Bu görə də elm əhlinə vacibdir ki, bidətçilər barədə danışsınlar, cərh etsinlər. O söz batil sözdür. Bu, mumeyyilikdir və insanları azdırmaqdır. Vacib olan budur ki, haqqı batildən ayırd etsinlər və cərhə haqlı olanları cərh etsinlər. Bu isə əvvəlki vaxtların elm əhlinin, cərh və tədil alimlərinin icmasıdır. Cərh etdiklərini səhih əqidəyə arxalanaraq cərh ediblər, bunu da səhabələrdən götürüblər.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir