Oxunma sayı: 211

Sual #475 : Şeyx Ğudeyyan – Hər kəs özünə camaat yaradır (İxvanul Muslimin və Təbliğ camaatı)


Tarix: 2018-03-04

Cavab #475 : Şeyx Ğudeyyan – Hər kəs özünə camaat yaradır (İxvanul Muslimin və Təbliğ camaatı)


Şeyx Ğudeyyan:

Bu diyar camaatlar (batil firqələr) nə olduğunu bilmirdi. Lakin xaricdən bizə bir çox camaatlar gəldi və öz ölkələrində olanları burada yaydılar. Burada ixvanul-muslimin camaatı, təbliğ camaatı və digər nə qədər camaatlar mövcuddur. Hər kəs özünə bir camaat yaradır, insanların bu camaata tabe olmasını istəyir və digər camaatlara qoşulmağı isə onlara qadağan edir, buna mane olur və öz camaatının haqq üzərində olduğunu, digərilərinin isə azğınlığa düşdüyünü etiqad edirlər. Elə isə dünyada nə qədər haqq ola bilər?! Əlbəttə, haqq birdir. Sizə söylədiyim kimi Peyğəmbər (sallAllahu aleyhi və səlləm) ümmətin firqə-firqə olacağı barədə bəyan edib demişdir:

“Mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir. Onların hamısı Cəhənnəmə düşəcək, yalnız birindən başqa.

(Səhabələr) dedilər: “Ey Allahın elşisi! O hansı firqədir?”


O dedi:
“O kəslər ki, bu gün mənim və səhabələrimin olduğu yolda olsunlar.”

Hər bir camaat özünə qayda-qanun qoyur, başçı seçir, bu camaatlar o başda gedənə beyət edir və hakimiyyətə can atırlar. Onlar insanları firqələrə bölürlər və görürsən ki, onların özləri də öz aralarında firqələrə bölünür və bir firqə də digərinə ədavət bəsləyir. Məgər bu, dindəndir? Xeyr, bu, dindən deyil. Çünki din də vahiddir, haqq da, ümmət də.

Uca Allah buyurur:

“Siz insanlar üçün çıxarılmış ən yaxşı (tək) ümmətsiniz.” (Ali İmran, 110)

Baxın, Allah “ümmətlərsiniz” və ya “camaatlarsınız” demir. Doğrusu, bu camaatlar məmləkətimizə gəlmiş, çox pis hərəkətlər etmiş və camaatımızı xüsusən də cavanları korlamışlar. Onların yaşlı nəsil ilə işləri yoxdur. Onlar əsasən orta və ali məktəblərdə oxuyan tələbələri öz camaatlarına cəlb etməyə çalışırlar. Biz bu məktəblərdə, hətta qadın məktəblərində də təbliğ camaatının və ixvanların necə dəvət etdiyini görürük. Elə isə insan nə üçün Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) yolunda olmasın?

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir