Oxunma sayı: 201

Sual #471 : Aylar öncə AbdulLətif Kurdini azğın adlandıranlar, indi ona şeyx deyir


Tarix: 2018-03-04

Cavab #471 : Aylar öncə AbdulLətif Kurdini azğın adlandıranlar, indi ona şeyx deyir


Əbu AbdulHaqq Abdul-Lətif Kurdi haqda hizbilərin oyunu:

AbdulLətif əl-Kurdi Hələbiyə bidətçi deyib, sələfi alimlərlə eyni səfdə durub, haqqa dəvət edib, batildən çəkindirdiyi vaxtlarda Hələbinin “Kullus-sələfıyyin” (hamısı sələfilər) adlı saytında (amma həqiqətdə şeyx Suheymi demiş “Kullun leysə əs-sələfiyyin”, yəni heç biri sələfi olmayan – saytı, həmçinin şeyx Suheymi bu saytı “şübhələr saytı” adlandırmışdır və şeyx Raslən demiş “sələfilərin tualeti” saytı) “İraq ‘alimi’ AbdulLətif əl-Kurdinin azğınlıqları və sələfi dəvətinə qarşı həddi aşıb, cinayətlər törətməsi” adlı məqalə dərc olunub və həmin məqalədə Əbu AbdulHaqq AbdulLətif söyülüb, təhqir olunub, elmi səviyyəsi aşağı tutulub, hətta o, şeyx və doktor ləqəbləri ilə çağırıldığına görə ona etirazlar yazılmışdır.

Məqalənin adı:

“İraq ‘alimi’! Abdullatif əl-Kurdinin azğınlıqları və sələfi dəvətinə qarşı həddi aşıb, cinayətlər törətməsi”

Məqalənin girişində deyilir:

“Keçən hissədə bu AbdulLətif Kurdi deyə tanınan birisinin azğınlıqlarından qısaca danışdıq. Bu kəsin bəzi dərvişləri ona “şeyx, fəqih!!”, “şeyx, doktor!!”, “alləmə!!!!!?” ləqəblərini vermişlər. ….. ”

Göründüyü kimi hətta şeyx ləqəbinin ona aid olunmasını böyük görmüşlər. Bu gün isə bu kəs sələfi dəvətindən ayrılıb, mənhəc xətaları üzərində israrlı qaldıqda sələfi alimlər ondan öz xətalarından dönməsini tələb etmiş, o isə bu xətaları haqq görüb, sonda Hələbinin təbdisindən dönmüşdür.

Və bir neçə ay öncə AbdulLətif Kurdi Hələbini bidətçi görməsindən döndüyünü bəyan etdikdən sonra – artıq bu hizbi mumeyyilər onu şeyx alləmə adlandırmağa başladılar və öz kanallarında ona ‘şeyx’ deyə xitab etdilər. Bunlara görə dünənki azğın AbdulLətif, bu gün şeyx AbdulLətif oldu!

Bundan da aydın olur ki, həqiqətən, bu kəslər dinlərini Hələbinin üzərində qurmuş, kim Hələbi ilədirsə, mənhəci, elmi nə olur olsun, şeyx, alləmə adlanır, kim də ona qarşıdırsa, nə qədər böyük elmə və mənzilə layiq olsa da belə bu batil əhli olan qövmün gözündə heç nə sayılır.

Sizə nə olub? Necə mühakimə yürüdürsünüz? (Yunus, 35)

Onu da qeyd edək ki, hazırda Əbu AbdulHaqqın mənhəcində müxtəlif ciddi inhiraflar baş vermiş, bəzi siyasi hərəkatlarla əlaqələr qurmuş, yaşadığı yerdə sələfiləri təbdi etmiş və s. böyük xətalara düşmüşdür. Nəticədə sələfi elm əhli ondan bu xətalarından dönməyi tələb etdikdə, çoxsaylı xətalarının bəzilərindən dönsə də, qalanları qaldı və üzərinə yenilərini əlavə etdi. Sonda sələfi alimlər bu əməllərinə görə ondan çəkindirdikdə, (Qeyd:Bu çəkindirmələr heç də onun Hələbinin təbdisindən dönməsinə görə yox, bundan əvvəllər onda baş verən şəri müxalifliklər, yalanlar və fahiş bidətlərinə görə olmuşdur. Çünki alimlərin bu səs yazıları yazıldıqda, AbdulLatif Kurdi hələ də Hələbini bidətçi görürdü.) gedib Hələbini təbdi etməsindən döndü, sanki Hələbinin etdikləri alçaq bidətlər yox, şərəfli sünnə imiş.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir