Oxunma sayı: 213

Sual #469 : Şeyx Rabi və Şeyx Ubeyd əl-Cəbirinin Əbu AbdulHaqq Abdul-Lətif Kurdidən çəkindirməsi (Aprel 2017)


Tarix: 2018-03-04

Cavab #469 : Şeyx Rabi və Şeyx Ubeyd əl-Cəbirinin Əbu AbdulHaqq Abdul-Lətif Kurdidən çəkindirməsi (Aprel 2017)


Şeyx Raid Ali Tahir Əbu AbdulHaqq Kurdiyə yazdığı rəddiyyəsində deyir:

Sonra Əbu Abdul Haqq şeyxlərin ona etdiyi nəsihətlərə müxalifliklər üzərində israrlarına davam etdikdə, mənhəcinə, əxlaqına, sələfilərlə davranışına ləkə salan əməllər etdikdə və hizbilərlə əlaqələr qurduqda, şeyxlər onun barədə danışdılar və ondan çəkindirdilər.

Şeyximiz şeyx Ubeyd əl-Cəbiri (Allah onu qorusun) deyir:

“Əbu Abdul Haqq Abdul Lətif ibn Əhməd əl–Kurdini əvvəllər təzkiyyə etmişəm, indi də çoxusu bu təzkiyyələri yayırlar. Əgər indi o durub evimə gəlsə, üzünə qapımı açıb, ondan tövbə tələb edərəm və deyərəm ki, Allaha tövbə et, tövbə özündən əvvəlkiləri yuyur. Bizim mənhəcimiz budur. Allah sizlərə bərəkət versin. Başqalanndan da belə şeylər baş verir, biz də nəsihət edirik. Amma xəta üzərində israr etməyə gəlincə isə, bu əmələ nifrət edirik. Əgər insan xəta üzərində israr edərsə, xətanın içində batıb gedərsə, bəli, beləsi məndən deyil, mən də ondan deyiləm. Beləsi oynayır, biz də oyunbazları qəbul etmirik. Bax, bizim mənhəcimiz budur”.

Şeyx Ubeyd sonra deyir:

“Abdul Lətif bizə görə bu günə kimi kəzzəbdir (yalançıdır)”.

Sonra şeyxə sual verirlər ki, indi onunla nə edək? Şeyx dedi:

“Tərk edin onu. O, kəzzəbdir (yalançıdır), azıb, (dinlə) oynayır. Hər gün ondan bizə nur yox, zülmətlər gəlir”.

Şeyx Rabi (Allah onu qorusun) onun barədə deyir:

“Əbu Abdul Haqq sələfi dəvətinə zərər verdi və parçaladı”.

Şeyx ondan da, onun təəssübkeş ətbalanndan da və onun əməlləri ortaya zahir olduqdan sonra onun barəsində çəkinməyib, duranlardan da çəkindirdi.

Yazdı: Şeyx Raid Ali Tahir
3 Şaban 1438 / Aprel 2017

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir