Oxunma sayı: 196

Sual #467 : Şeyx Ubeyd əl-Cəbiri – Muhəmməd əl-Mənidən çəkinin!


Tarix: 2018-03-04

Cavab #467 : Şeyx Ubeyd əl-Cəbiri – Muhəmməd əl-Mənidən çəkinin!


Şeyx Ubeyd əl-Cəbiri:
Bəli.

Sual verən:
Allah sizə bərəkət versin, şeyx. Axırıncı sual:

Şeyx Ubeyd əl-Cəbiri:
Allah sizi qorusun, buyurun!

Sual verən:
Bizdə İndoneziyada bəzi qardaşlar dövrə keçirirlər və bu dövrədə iki nəfər, iki şeyx iştirak edəcək: şeyx Həsən ər–Reymi və şeyx Muhəmməd Məni.

Şeyx Ubeyd əl-Cəbiri:
Muhəmməd Məni?

Sual verən:
Bəli, şeyx.

Şeyx Ubeyd əl-Cəbiri:

Bunların heç birini məsləhət bilmirik. Bunların hər ikisi (həddədi) Həcuri fitnəsinə bulaşıblar. Həsən ibn Qasim ər-Reymini yaxşı tanıyırıq, tələbələrimizdən biridir. Muhəmməd əl–Məni də həmçinin Sana şəhərindəndir. Hər ikisi Həcuri fitnəsinə bulaşıblar. Bəli! Heç biri yararlı deyillər. Sünnə üzərində olanlardan yapışın. Bəli!

Həddadi Həcurinin sələfi alimlər barədə dediyi bəzi söyüşlərindən:

-Allah Muhəmməd ibn Hədini öldürsün.
-Şeyx Ubeyd barədə: Allahdan istəyirik ki, onu dünyada da, axirətdə də rüsvay etsin.
-Həlak olasan səni, ey Abdullah Buxari, iftiraçı.
-Allah Ubeydi alçaltsın, necə ki, şeytanı alçaldıb.

Başqa-başqa nə qədər sözləri var ki, hamısı Həcurinin səfehliyini göstərir. Əgər Həcurinin bu biabırçı və fahiş sözlərindən başqa heç nə olmuş olmasaydı da belə, onun zəlalət üzərində olub və inhirafa düşməsinə bəs edərdi.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir