Oxunma sayı: 202

Sual #415 : Şeyx Əli Huzeyfi – Təkfirçi Məğravi haqqında


Şeyx Əli Huzeyfi (Allah onu qorusun) Şeyx Muqbilin (Allah ona rəhmət etsin) məşhur tələbələrindən olmuşdur.

Tarix: 2018-02-04

Cavab #415 : Şeyx Əli Huzeyfi – Təkfirçi Məğravi haqqında


Şeyx Əli Huzeyfi:

Sonra da sələfi libası geyinmiş, lakin həqiqətdə isə təkfir fikirləri daşıyan camaatlar peyda oldu, bunların da başında Məğravi dururdu – “ət–Təfsir vəl–mufəssirin” – kitabının sahibi. Onun kasetlərində və kitablarında təkfir edən ifadələr var idi. Alimlər nəsihət etdilər ki, bu sözlərdən dön.

Misal olaraq, toylarda mahnı oxuyan müğənnini və rəqs etməyi zikr edir. Biz bilirik Kitabda və Sünnədə bunların hökmü haramdır. Bu isə bu müğənnini İsrail övladlarının ibadət etdikləri inəyə və orada iştirak edənləri isə o inəyə ibadət edənlərə bənzədir.

Alimlər deyirlər ki, mahnını inkar etməyin yaxşıdır, amma bu cürmü?! İnsanları təkfir etməyin, böyük günah əhlini təkfir etməyin isə yox!!! Bu yol səhv yoldur, bu ifadələr dəfələrlə səndən təkrar olunub, bu nə birinci dəfə, nə ikinci, nə üçüncü dəfə deyil. Bu isə inad edir, öz fikirlərini yayır, bu barədə soruşulduqda da deyir ki, siz məni sevmirsiz, siz filankəsə bağlısınız. Bilmir ki, bütün bunlar, nəsihətdir, heç də çətin bir şey yoxdur, sən də get, öz halını insanlara bəyan et, vəssalam. Bu adam isə bunları qəbul etməkdən üz döndərdi.Onun təkfir edən sözləri çoxdur, qısa olsun deyə bircə bunu misal çəkdim. Sonra da Allah təalə onun iç üzünü açdı. Lakin buna baxmayaraq indiyədək ona təəssübkeşlik edən bir dəstə vardır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir