Oxunma sayı: 177

Sual #414 : Şeyx Rabi əl-Mədxali – Məğravi və digər məsələlərdə şəxslərə təəssübkeşlik etməyin, haqqa tabe olun


Sual:

Bu gözəl, qiymətli münazirəyə görə Allah sizdən razı olsun. Keçən iki həftə ərzində Məğravi barədə bəzi şeyxlərə sual verilmişdir. Onun barədə məsələ özünə aydın olmadığından sual vermişdir. Cavab verən şeyx də sələfi şeyxlərdəndir. Bilmək istəyirik ki, əgər bunun kimi şəxslər barədə sual verilib, sizin fətvalara və ya bu kəs barədə mövqeyinizə müxalif cavab alındıqda bizim mövqeyimiz necə olmalıdır? Çünki o cür cavablar həqiqətən cavanları çaş–baş qoymuşdur.

Tarix: 2018-02-04

Cavab #414 : Şeyx Rabi əl-Mədxali – Məğravi və digər məsələlərdə şəxslərə təəssübkeşlik etməyin, haqqa tabe olun


Şeyx Rabi əl-Mədxali:

Mən, bütün sələfilərə nəsihət edirəm ki, kimlərəsə görə parçalanmasınlar və heç kimə də təəssübkeşlik etməsinlər. Belə problemlərdə onlara vacib olan budur ki, məsələyə baxsınlar, fikirləşsinlər, araşdırsınlar və haqqı axtarsınlar. Hansı tərəfdə olursa olsun, haqq bəyan olan kimi, haqqa yardım etmək onlara vacib olur. Nə buna, nə ona qoşulmaqda tələsməsinlər. Müsəlmana vacibdir ki, Allahın razı qaldığı səhih mövqedə dursun, haqqı öyrənsin, hətta haqq ən pis düşməndən gəlsə də belə haqqın tərəfini tutsun və batil ən yaxın dostdan baş versə də belə batilə qarşı müharibə aparsın. Məğravi məsələsində və digər məsələlərdə sələfilərə nəsihətim budur ki, ona, buna təəssübkeşlik etməkdə tələsməsinlər. Allahı razı salan səhih islami məsləklə, yolla getsinlər, haqqı axtarsınlar, baxsınlar, fikirləşsinlər ki, təmiz, saf olan həqiqətə çatsınlar. Bundan sonra isə xəta edənə desinlər ki, sən xəta etmisən, sənə vacibdir ki, haqqa qayıdasan. O da belə cavab versin ki, Allah səndən razı olsun, düz deyirsən. Yoxsa ki tələsərək xəta edənləri və ya başqalarını müdafiə etməyin Sələfi mənhəcinə heç bir aidiyyatı yoxdur. Sələfi mənhəci haqq bəyan olduqdan sonra ona yardım etməkdir.

Bu, mənim sələfi cavanlara olan nəsihətimdir ki, bu məsləyi, yolu tutsunlar. Şeyxülislam bu problemi müalicə edərək, ona, buna təəssübkeşlik etməkdə tələsənləri batilə təəssübkeşlik edən mücrim, günahkar tatarlara bənzətmişdir. Bu utanc verici bəlaya düşməkdən çəkinin, həzər edin. Allah sizə bərəkət versin.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir