Oxunma sayı: 155

Sual #412 : Şeyx Zeyd əl-Mədxali – Məğravini tərk edin!


Sual:

Məğribdəki sələfi cavanlara Məğravinin yanına gedərək ondan elm almağı məsləhət bilirsinizmi?

Tarix: 2018-02-04

Cavab #412 : Şeyx Zeyd əl-Mədxali – Məğravini tərk edin!


Şeyx Zeyd əl–Mədxali:

Ən birinci onu deyim ki, biz şeyx Məğravidən uzağıq, biz Ərəb yarımadasında, o isə Məğribdədir. Lakin güvəndiyimiz kəslər onun kasetini qələmə aldılar, biz də onu oxuduq. Bəli, etibarlı kəslər kaseti yazıya köçürdülər. Orada çoxlu sayda xətalar var idi, Sələfi mənhəcindən uzaqlıq var idi. Əgər elm tələbələrinin kasetin hər iki üzündən qələmə alaraq yazdıqlarından oxuduqlarımız onun mənhəcidirsə – labüddür ki, etibarlı kəsləri təsdiqləyək, bu bizə vacibdir – əgər o bunları inkar etmirsə və bu şeyləri deyən odursa, ondan oxuduqlarıma əsasən heç bir elm tələbəsini onun əlindən elm almağa yönəltmirəm!

Bizə vacib olan həm sözdə, həm feildə, həm zahirdə, həm də daxildə Sələfi mənhəcində olanlardan elm almaqdır. İnsanları aldadan, onlara Kitab və Sünnənin dəlalət etmədiyi nəsihətləri verən və saleh sələflərin mənhəcini tutmayan kəs ta ki, ona nəsihət edənlərin nəsihətlərini qəbul etməyənədək və Sələfi mənhəcinə qayıtmayanadək onun kasetlərinə qulaq asmaq və yanında tələbəlik etmək icazəli deyildir! Yalnız o halda bundan elm almaq və Sələfi mənhəcinə müvafiq olaraq yazdıqlarını götürmək olar. Amma bu halda isə onun barəsində oxuduqlarımıza və eşitdiklərimiza əsasən ondan (Məğravidən) elm almayın! Kim Allah üçün bir şeyi tərk edərsə, Allah ondan daha xeyirlisi ilə onu əvəz edər.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir