Oxunma sayı: 210

Sual #411 : Şeyx Muhəmməd əl-Vassabi -Təkfirçi Məğravi haqqında


Şeyx Muhəmməd ibn Abdulvahhab əl–Vassabi (Allah rəhmət etsin) alləmə şeyx Muqbil əl–Vadiinin (Allah rəhmət etsin) tələbəsi və Yəmənin böyük alimi olmuşdur.

Tarix: 2018-02-04

Cavab #411 : Şeyx Muhəmməd əl-Vassabi -Təkfirçi Məğravi haqqında


Şeyx Muhəmməd əl-Vassabi:

Başqa bir sual. Bu sual da Məğrib ölkəsindəndir.

Deyir:
“Məğribdə bir şeyx var, adı Məğravidir, orada mitinqlərə çağırır və bu mitinqləri “şəriət mitinqləri” adlandırır, çünki bu mitinqlərdə şəri cəhətdən tələb olunan şeylər var.

Cavab:

Hamıya məlumdur ki, Məğravi təkfirçidir, xəvaricdir! Məğravi Əhli Sünnə cəl–Cəməa alimlərindən deyildir! Məğravi yalnız və yalnız təkfirçi və xəvaricdir! Buna görə də o, bidət və hava əhlindəndir! Bu sözü isə onun üzərində olduğu mənhəcinə əsasən deyirik – təkfirçi və xəvaric mənhəci. Allahdan kömək diləyirik.

Həmçinin şeyx Muhəmməd əl–Vassabi Əbul–Həsən əl–Məribiyə rədd olaraq yazdığı “əl–Qavlu əl–həsən fi Əbil–Həsən” adlı risaləsində deyir:

Allah bizi də, sizi də sevib, razı qaldığı əməllərə müvəffəq etsin. Sizin Məğravini müdafiə etməyiniz, ona sələfi deməyiniz, onun sələfi dəvətinə çağırdığını və yaxşı yol üzrə olduğunu deməyiniz çox yersiz sözdür. Xüsusən də ona bir çox elm əhli rəddiyyə vermişdir:

1. Şeyx ibn Useymin,
2. Şeyx Rabi əl-Mədxali,
3. Şeyx Muhəmməd Abdulvahhab əl-Bənnə,
4. Şeyx Əhməd ən-Nəcmi,
5. Şeyx Zeyd əl-Mədxali,
6. Şeyx Muhəmməd ibn Hədi əl–Mədxali
7. Şeyx Fəlih əl-Hərbi (lakin bu da sonradan sələfilikdən çıxdı, necə ki, Məğravi, Hələbi və o birilər çıxdılar),
8. Şeyx Ubeyd əl-Cəbiri,
9. Şeyx Muhəmməd əs-Subeyyil,
10. Şeyx Muqbil əl-Vadii.

Mən özüm də onun yazdıqlarını oxudum və bir çox yerlərdə onun sözlərində açıq-aydın müsəlmanları təkfir etdiyini gördüm. Buna görə də belə biri müdafiə olunmağa layiq deyildir. Bu kəs Allaha tövbə edib, kitablarını və kasetlərini xəvaric bidətlərindən təmizləmədikcə ona sələfi demək olmaz. Allah səni müvəffəq etsin, buna görə də sələfi olmalarına şahidlik olmuş, sələfiliyə dəvət edən və sələfiliyi müdafiə edən alimlərin arxasında durmağın sələfiliyinə tən olunmuş, yırtılmış hansısa bir şəxsin arxasında durmağından daha xeyirlidir.

Uca Allah deyir:

Kimə haqq çatdıqdan sonra Peyğəmbərdən ayrılıb, möminlərdən qeyrisinin yoluna tabe olarsa, onu üz tutduğu yola yönəldərik. (Nisə surəsi, 115)

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir