Sual #409 : Şeyx Süleyman ər-Ruheyli – Təkfirçi Məğravi haqqında Şeyx Rabinin sözlərinə qayıdın.
Cavab #409 : Şeyx Süleyman ər-Ruheyli – Təkfirçi Məğravi haqqında Şeyx Rabinin sözlərinə qayıdın.
Şeyx Süleyman ər–Ruheyli ilə (Allah onu qorusun) 1426-cı ildə təkfirçi Məğravi barədə telefon danışığı
Zəng edən:
Şeyx, sizinlə Məğrib ölkəsindən danışırıq.
Şeyx Süleyman ər-Ruheyli:
Xoş gördük.
Zəng edən:
Şeyx, Muhəmməd Abdurrahmən Məğravi barədə nə bilirsiniz?
Şeyx Süleyman ər-Ruheyli:
Nədir ki?
Zəng edən:
Onun barədə nə bilirsiniz?
Şeyx Süleyman ar-Ruheyli:
Elm əhli artıq onun barədə danışmış, hər şeyi bəyan etmişlər, sual verməyə daha heç bir ehtiyac yoxdur.
Zəng edən:
Bəli, şeyx. Lakin istəyirik ki, siz bizə açıqlayasınız.
Şeyx Süleyman ər–Ruheyli:
Deyirəm ki, bu barədə mənim açıqlama verməyimə heç bir ehtiyac qalmamışdır. Artıq elm əhli məsələni açıqlamış və danışmışlar. Bu heç də yeni bir məsələ deyildir.
Zəng edən:
Misal olaraq kimlər danışmışdır?
Şeyx Süleyman ər-Ruheyli:
Şeyx Rabi və başqaları danışmışlar.
Zəng edən:
Allah sizə bərəkət versin, şeyx.
Şeyx Süleyman ər-Ruheyli:
Hər bir halda mən deyirəm ki, (bu məsələ haqda) elm əhlinin sözlərinə qayıdın.
Zəng edən:
Bəli, şeyx. Allah sizə bərəkət versin. Əssələmu aleykum.