Oxunma sayı: 173

Sual #408 : Şeyx Fovzan – Şeyx Rabi sələfin rədd vermək mənhəcini bəyan etdi


Sual:

Cavanlar arasında yayılıb ki, rəddiyyədə mütləq “muvazənət” (yaxşı və pis əməlləri müqayisə) etmək lazımdır. Əgər bir kimsəyə etdiyi bidətlərə görə rədd versən, xətalarını bəyan etsən, insaf və “muvazənət” tərəfindən gərək onun yaxşı əməllərini də zikr edəsən. Rəddiyyədə belə bir mənhəc doğrudurmu? Rədd verdikdə kiminsə yaxşı əməllərini də zikr etmək lazımdırmı?

Tarix: 2018-02-04

Cavab #408 : Şeyx Fovzan – Şeyx Rabi sələfin rədd vermək mənhəcini bəyan etdi


Şeyx Saleh əl-Fovzan:

Burada təfsilat vardır. Əgər rədd verilən kəs Əhli Sünnə vəl-Cəməadandırsa və düşdüyü xətalar da əqidəyə xələl gətirmirsə, bəli, onun yaxşı xüsusiyyətləri və yaxşı əməlləri zikr olunur və Sünnəyə xidmətinə görə xətaları örtülür.

Əgər rədd verilən şəxs zəlalət əhlindəndirsə, inhiraf əhlindəndirsə, dağıdıcı və ya şəkk-şübhəli əsaslar, qaydalar əhlindərdirsə, bu halda bizə onun yaxşı əməllərini zikr etmək – əgər yaxşı əməlləri varsa – icazəli deyildir. Çünki onun yaxşı əməllərini yada salsaq, insanlar aldanacaq və bu azğın kəs, yaxud bidətçi və ya xurafatçı barədə yaxşı zəndə olacaq və beləliklə də bu azğının və ya bidətçinin və ya hizbinin fikirlərini qəbul edəcəklər.

Allah təalə kafirlərə, günahkarlara, münafiqlərə rədlər vermiş, lakin onların yaxşı əməllərindən heç bir şey zikr etməmişdir. Həmçinin də sələf imamları, cəhmilərə, mötəzilələrə və zəlalət əhlinə rədlər vermiş, lakin onların yaxşı əməllərindən heç bir şey zikr etməmişdir. Çünki onların yaxşı əməlləri özlərinin zəlalətləri, küfrləri, yaxud inkarları, yaxud da nifaqları ilə üstələnmişdir. Belə olduqda da münasib deyildir ki, sən, hansısa bir azmışa, bidətçiyə, münhərifə rədd verirsən, sonra da deyirsən ki, yaxşı insandır, belə–belə yaxşılıqları var, filan əməlləri var, amma xəta edib! Biz isə deyirik ki: Xeyr! Sənin onu tərifləməyin onun zəlalətlərindən daha şiddətlidir. Çünki insanlar sənin tərifinə güvənirlər. Sən də bu azğını, bidətçini təriflədikdə, insanlar aldanır və bu da azdırıcı şəxslərin fikirlərini qəbul etmək üçün bir qapını açır.

Əqidə məsələsinə gəldikdə isə, Əhli–Sünnəyə müxalif olan azmış kəsləri tərifləmək icazəli deyil. Buna misal olaraq, mötəzilə, cəhmiyyə, zındıqlar, mulhidlər və bu günümüzdəki şübhə əhlini göstərmək olar. “Rədd edərkən yaxşı əməlləri də zikr etmək” – şübhəsi bəzi cavanların sözüdür. Sonra da bir nəfər bu mövzuda risalə yazdı. Cavanlar da bu risalə ilə sevinərək, göylərə qaldırdılar. Lakin Allaha həmd olsun ki, bu şübhə rədd edildi.

Şeyx Rabi ibn Hədi əl–Mədxalinin həmin risaləyə yazdığı rəddiyyəsini gördüm. Şeyx “muvazənət” qaydasını lazım bilən həmin risalənin sahibinə çox dolğun, tutarlı bir rəddiyyə vermiş, bu qaydada olan xətaları və əslində bu qaydanın batil fikirlər yaymasını bəyan etmiş və sələflərin rəddiyyə məqamında olan mənhəclərini bildirmişdir ki, sələflər azdırıcı insanlara rəddiyyə verdikdə, onlara tərif, səna deməzdilər. Çünki əgər onları tərifləsəydilər, bu, ziddiyyatlı bir şey alınacaqdı.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir