Oxunma sayı: 189

Sual #407 : Şeyx Fovzan – Şeyx Rabi haqqı deyibsə, onu qəbul etmək sənə vacibdir!


Sual:

“Ədvau əl–İsləmiyyə alə aqidəti Seyyid Qutub və fikrihi” adlı kitab çıxıb, müəllifin adı Rabi əl-Mədxalidir. Bu kitab barədə rəyiniz nədir və müəllif sizə görə tanınmış elm əhlindəndirmi?

 

Tarix: 2018-02-04

Cavab #407 : Şeyx Fovzan – Şeyx Rabi haqqı deyibsə, onu qəbul etmək sənə vacibdir!


Şeyx Saleh əl–Fovzan:

Heç bir şəkk yoxdur ki, müəllif elm əhlindəndir. İslam universitetini bitirib, şeyxlərdən elm alıb və Allaha həmd olsun ki, tanınmış şəxsdir. Kitabında zikr etdiyi (Seyyid Qutubun) xətalarıdır, səhifələrin hamısını qeyd edib. Get (Qutubun) “Ziləlu əl-Quran” kitabı ilə tutuşdur, əgər görsən ki, (şeyx) nədəsə xəta edib, xətanı bəyan et. Yox, əgər elə deyilsə, onda haqqı qəbul etmək vacib olur, vacib olan haqqı qəbul etməkdir. O, xətaları səhifələri ilə gətirib, sənin üçün qeyd edib ki, ora qayıdıb gətirilmiş sözü ora ilə tutuşdurasan. Əgər xəta görsən, müəllifə çatdır, Allah səndən də razı olsun. Yox əgər görsən ki, düzgün gətirib, onda vacib olan haqqı qəbul etməkdir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir