Oxunma sayı: 197

Sual #400 : Şeyx Saleh əl-Liheydan – Şeyx Rabinin müxaliflərə rəddi Allah yolunda cihaddır


Tarix: 2018-02-04

Cavab #400 : Şeyx Saleh əl-Liheydan – Şeyx Rabinin müxaliflərə rəddi Allah yolunda cihaddır


Sual:

Köhnə səs yazılarınızdan birində demisiniz ki, şeyx, alləmə Rabinin rəddiyyələri Allah yolunda cihaddandır. Bu sözə təfsilat versəydiniz yaxşı olardı. Allah sizə bərəkət versin.

Şeyx Saleh əl-Liheydan:

Məsələdə heç bir təfsilata ehtiyac yoxdur. Bidət əhlinə və şəri müxalifliklər əhlinə rədlər Allah yolunda olan cihadın bir növüdür. Buna görə də o vaxt ki, mötəzilə, cəhmi və s. firqələr yayıldıqda imam Əhməd ibn Hənbəl kimi əvvəlki alimlər deyərdilər ki, zəlalətlərə rədd vermək Allah yolunda olan cihadın bir növüdür.

Sual verən:
Yəni ki, şeyximiz şeyx Saleh əl–Liheydən şeyx Rabinin bidət əhlinə və azğınlara verdiyi bu rədlərini Allah yolunda olan cihaddan görür?!

Şeyx Saleh əl-Liheydan:
Bəli. Allahın köməkliyi ilə, Allahın köməkliyi ilə, inşəAllah.

Sual verən:
Əzəmətli ərşin Rəbbi olan Allahdan istəyirəm ki, şeyx Saleh ibn Muhəmməd əl-Liheydəni qorusun. Şeyx zəhmət deyilsə bu danışığımızın tarixini qeyd edərdiniz.

Şeyx Saleh əl-Liheydan:
Üçüncü gün, 9 cumədə əxir 1435

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir