Oxunma sayı: 197

Sual #399 : Şeyx Liheydan – Şeyx Rabi xeyir əhlidir və fitnə dəvətçilərinin düşmənidir.


Sual:

Allah sizə xeyir versin. Hörmətli şeyx, bəzi yerlərdə belə eşidirəm və oxuyuram ki, hörmətli şeyx, professor Rabi ibn Hədi əl–Mədxaliyə tənələr edirlər, ondan və elmindən çəkindirirlər. Deyirlər ki, o, Əhli Sünnə və Cəməadan deyil. Mən də bu məsələdə dəhşətə gəldim. Bunun hökmü nədir? Sizdən açıqlama xahiş edirik, Allah sizdən razı olsun.

Tarix: 2018-02-04

Cavab #399 : Şeyx Liheydan – Şeyx Rabi xeyir əhlidir və fitnə dəvətçilərinin düşmənidir.


Şeyx Saleh əl-Liheydan:

Heç bir şəkk yoxdur ki, şeyx elm əhlindəndir və şeyximiz olmuş hörmətli şeyx Abdul-Aziz ibn Bəzin Mədinədə tələbələrindən olub, Mədinə İslam universitetində ustaz işləyib. Onun nə əqidəsində, nə də əxlaqında heç bir xoşagəlməz hal tanımıram! Əksinə, onun barədə zənnim yaxşıdır, o xeyir əhlidir və fitnə dəvətçilərinin düşmənidir.

Sonra isə mən, cavanlara alimlər barədə pis danışmaqdan uzaq durmağı, dillərini qorumağı və özlərini düzəltməyi nəsihət edirəm. Sonra da kimdəsə ayıb gördükdə – zənn edirlərsə ki, bu ayıbdır – birinci özlərinə, öz ayıblarına baxsınlar. Öz ayıblarını tapdıqda bunları islah etməyə həris olsunlar. Əgər əziyyətlərdən salamat qalmasını, dininin və namusunun qorunmuş qalmasını istəyirsənsə, dilini qoru, heç kəsin eyiblərini danışma. Bütün bu şeylər, əgər kimdəsə ayıb gördükdə edilməsi lazım olan şeylərdir. Bundan da pisi insanların ayıblarını axtarıb və ya eşidib, sonra da o ayıbları şişirdib böyük göstərmək və hamıya göstərmək, bütün bunlar islah deyil, nə də saleh əməl deyildir.

Bütün elm tələbələrinə nəsihətim budur ki, hakimlərə və alimlərə qarşı atılmasınlar. Əgər kimdəsə ayıb bir şey olduğunu bilsələr, bunu dəqiqləşdirsinlər, bunu həmin şəxsə çatdırsınlar. Əgər ayıb olduğunu bilsələr, dəlilləriylə bilsələr ki, bu əməl münkərdir dəqiqləşdirsinlər. Dəqiqləşdirmədən dillərini işə salıb danışanlar barədə gələn məzəmməti, danlağı bilmək istəyirlərsə, gedib Nur surəsini oxusunlar.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir