Oxunma sayı: 216

Sual #398 : Şeyx Saleh əl-Liheydan – Şeyx Rabinin iman məsələlərində xətası yoxdur


Sual:

Səkkizinci və axırıncı sual. Allah sizi qorusun.

Bizdə Məğribdə şeyx Rabinin qədir-qiyməti barədə şəkk-şübhə salan kəslərə nə nəsihət edərdiniz? Bunlar gah deyirlər ki, şeyx Rabi boş şeylər gətirir, gah deyirlər ki, onda rəddiyyələrdən başqa heç nə yoxdur, gah da deyirlər ki, o qocalıb.

Tarix: 2018-02-04

Cavab #398 : Şeyx Saleh əl-Liheydan – Şeyx Rabinin iman məsələlərində xətası yoxdur


Şeyx Saleh əl-Liheydan:

Allah onları bağışlasın. Ən birincisi o, elə də qoca deyil, heç də qocalıb ağlını itirməyib. Bəli, o yaşda məndən kiçikdir. Həmçinin universiteti də bizdən hardasa dörd il sonra bitirdi, şəriət fakultəsini. Onun yazdıqlarından rast gəldiyim şeylərin heç birində nə əqidə məsələlərində, nə də elmi məsələlərdə ona qarşı heç bir etiraz yoxdur. Özü də ki, müxalif olduqlarını gördüyü kəslərə rəddiyyə verməyə hərisdir. Heç bir şəkk yoxdur ki, şeyx görür ki, kimsə özünü elm yayan məqamına qoyub, lakin o kəsdə susulması doğru olmayan xətaları var və belə olduqda görür ki, o xətaları bəyan etmək ona vacibdir.

Etiqadi məsələlərdə ona rədd olunacaq heç bir şey mənə görünməmişdir. Və belə demək də olmaz ki, şeyx iman məsələlərində də xəta edib, həmçinin əməllə olan iman məsələləri mövzusunda da ona inkar olunası bir şey yoxdur. Əksinə şeyx iman məsələlərində sələflərin danışdıqları kimi, Əbu Hənifə, Məlik, Şafii, Əhməd və bunlardan qabaqkı imamlardan rəvayət olunan kimi danışmağa hərisdir. Bütün bunlar xeyir və elm imamlarıdır.

Amma şeyxin bəzi alimlərə rədlər verməsi məsələsinə gəlincə isə, bu məlum bir şeydir ki, alimlər arasında mübahisələr olur. Buna görə də elmi mənhəc budur ki, insan mübahisə edən iki kəsin (Şeyx Abbad ilə Şeyx Rabini qəsd edir) bir–biriləri haqqında dedikləri sözləri qəbul etməməlidir. Şeyxülislam ibn Teymiyyənin bu barədə kiçik elmi bir risaləsi vardır “Rafu əl-mələmi an əimmətil əl-əaləm”
(Böyük imamlardan qınağın qaldırılması)

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir