Oxunma sayı: 190

Sual #393 : Şeyx Liheydan – Şeyx Rabi illər öncə necə idisə, indi də elədir – haqq üzərindədir.


Sual:

Nə üçün şeyx Rabi haqqında danışıqlar şeyx Albaninin, şeyx ibn Useyminin və başqa böyük alimlərin vaxtında çox deyildi, bu  zamanda isə çoxalmışdır.

Tarix: 2018-02-04

Cavab #393 : Şeyx Liheydan – Şeyx Rabi illər öncə necə idisə, indi də elədir – haqq üzərindədir.


Şeyx Saleh əl-Liheydan:

Ən birinci baxaq görək bu şeyxlər nə vaxt vəfat etmişlər? Şeyx Nasir (Albani) və şeyx Muhəmməd (ibn Useymin) nə zaman vəfat etmişlər? Deyirəm ki, nə zaman vəfat etdilər?

Sual verən:
Son dövrlərdə vəfat etdilər. Allah onlara rəhmət etsin. Son dövrlərdə…

Şeyx Saleh əl-Liheydan:

Yox, yəni ki, çox-çox illər öncə. İnsanlar dəyişir, fitnələr çoxalır, özlərini elm əhli kimi göstərənlər çoxalmışdır. Məsələlər qarışıb, alimlərə qarşı çıxan dəvətçilər çoxalıb. Amma şeyx Rabidə, Allaha həmd olsun, nə bu iki şeyxin vəfatından öncə, nə də sonra heç bir dəyişiklik olmadı, haqq üzərindədir!

Sual verən:
Allah Əkbər… Şeyx, yəni bu var ki, onun barədə belə çox danışanlar Əhli Sünnədən deyillər.

Şeyx Saleh əl-Liheydan:

Elm əhlinin bir-biriləri barədə danışdıqları söz olarsa, bunun həyata keçməsi üçün bəzən bu hüccət olaraq kifayət etmir. Ola da bilsin ki, özləri də istəmədən səhv olaraq deyiblər və s. şeylər.

Kim şeyx barədə pis danışarsa, nəsihət olunsun ki, Allahdan qorxsun və kimsə barədə danışdıqda mütləq onun batil üzərində olduğunu və bundan tövbə etmədiyini yəqin bildiyi halda danışsın.

Mütləq, mütləq. Özünü həlak edən şeylərə salmaqdan qorusun.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir