Oxunma sayı: 159

Sual #384 : Şeyx Liheydan – Şeyx Rabi elm əhlidir, səhih sələfi əqidəsinin sahibidir


Aparıcı:

Abu Aişə İraqdan sual verir ki, şeyx Saleh, bu daimi problemdir. Qruplara bölünmək (hizbiçilik), insanları təbdi etmək və s. bu kimi məsələlərdə, həmişə də Səudiyyə Ərəbistanının böyük alimlərinə, istinad edirlər. Bir müddət bu şeylər bizdə burada idi, lakin artıq izləri də qalmadı. İndi isə keçib əl-Cəzairə, İraqa, bir-birilərini təbdi edirlər. Şeyx Saleh, bəzən sizin adınızı və böyük alimlər komitəsinin bəzi şeyxlərinin adlarını çəkirlər. Bu məsələ haqqında siz nə deyirsiniz?

Tarix: 2018-02-04

Cavab #384 : Şeyx Liheydan – Şeyx Rabi elm əhlidir, səhih sələfi əqidəsinin sahibidir


Şeyx Saleh əl-Liheydan:

Birinci olaraq, İraqda olanlara nəsihətim odur ki, bu cür ixtilafları buraxsınlar. Onlar əzəmətli bir haldadırlar, böyük kədər içindədirlər. Bu şeylər daha öncə İraqda yox idi. Onlar gərək bu şeyləri tərk etsinlər. Digər məsələ, Şeyx Rabi ibn Hədi əl-Mədxali, elm əhlindəndir.

Aparıcı:
Doğrudur!

Şeyx Saleh əl-Liheydan:

Çox gözəl kişidir, o səhih sələfi əqidəsinin sahibidir.

Təbdiyə gəldikdə isə, insan bəzən bir şəxsi bidətçi görür, lakin İslam millətindən çıxaran bidətlə yox. Bəzi dəvətçilərə rədlər verir və görür ki, onlar təhlükə üzərindədirlər. Şəkk yoxdur ki, nəyinsə doğru və ya səhv olması Allah və Rəsulunun (sallAllahu aleyhi və səlləm) sözlərinə ərz edilməklə bilinir. O təbdi olunanlar, bəzən də bidətçi olmaya bilərlər, lakin laqeyd, səhlənkar ola bilərlər. Bu zamanda bəzi insanlar özünə sual verildikdə ixtilaflı məsələlərə baxır və sual verənlərin və ya yaşadığı cəmiyyətin qəbul etdikləri ən sadə şeyi tapır və bununla cavab verir. Lakin vacib olan isə budur ki, bir cavab verdikdə və ya nəyisə tərk etdikdə onu şəriətin qanunlarına və doğru yolu nurlandıran Qurani-Kərimin aylərinə və doğru yol Rəsulunun (sallAllahu aleyhi və səlləm) hədislərinə müvafiq edilsin. Sonra isə əgər bir şəxsə hər hansı məsələ çətin görünərsə, onda onun adını başqalarının adına bağlasın və desin ki, filankəs filan şəxs barədə belə, belə deyir. Əgər bu məsələni şeyx Rabiyə ərz etsəydilər, o onlara bəyan edərdi ki, o bu cürə təhlükəli yolu və nifrət oyadan mənhəci qəsd etmir. Əksinə, onun qəsd etdikləri, həmin laqeyd kəslər, məsələlərdə səhlənkar davrananlar, öz ağılları ilə qaydalar qoyanlardır. O kəslər ki, deyirlər:

-biz insanların birləşməsini asanlaşdırırıq;
-bizlərdən hər birimiz öz etiqad etdiyimizə əməl edir
-və digərlərinin etiqad etdiklərini bir-birimizə keçirik, üzrlü görürük

Xeyr, məsələ bu cür də deyildir. Vacib olan budur ki, insanların getdiyi yol üzərində hakim haqq olsun.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir