Oxunma sayı: 141

Sual #376 : Şeyx Fələh Məndəkər – Hələbinin sözlərinə etibar edilməz


Tarix: 2018-02-04

Cavab #376 : Şeyx Fələh Məndəkər – Hələbinin sözlərinə etibar edilməz


Şeyx Fələh Məndəkərə zəng …

Şeyx Fələh Məndəkər:
Bəli.

Zəng edən:
Əssələmu aleykum.

Şeyx Fələh Məndəkər:
Aleykum sələm va rahmətullah.

Zəng edən:
Şeyx Fələhdir?

Şeyx Fələh Məndəkər:
Buyur

Zəng edən:
Şeyx, sualım var.

Şeyx Fələh Məndəkər:
Buyur.

Zəng edən:
Bəzi kəslər internetdə yayırlar ki, guya şeyx Rabi deyir ki, şeyx Raslan sufilərdən və əşarilərdən təsirlənmiş birisidir. Bu doğrudurmu?

Şeyx Fələh Məndəkər:
Bu yalandır, yalandır. Biz heç vaxt (Şeyx Rabidən şeyx Raslan haqda) belə şeylər eşitməmişik. Bir də deyirəm ki, biz belə şey bilməmişik. Şeyx Rabi bu sözü harada deyib?

Sual verən:
Onlar bu sözü (Əli Həsən əl-Hələbinin saytı) “Kullus-sələfiyyin” saytının forumunda yayırlar.

Şeyx Fələh Məndəkər:
Yaxşı, bəs bunu kim yayır?

Sual verən:
O kəs Hələbinin tələbələrindəndir.

Şeyx Fələh Məndəkər:

Heç Hələbi şeyx Rabi barəsində etdiyi nəqllərində etibar olunası, əmin biridirmi?

Sual verən:
Xeyr, ey Şeyx!

Şeyx Fələh Məndəkər:

Əlhəmdulilləh. Ey qardaşlarım, bütün işlər bəyan olub, bütün işlər açıq-aydındır, bütün işlər bəyan olub. Bu Hələbi istəyir ki, bütün insanları şeyx Rabinin üstünə qaldırsın. Necə ki, suda batan kəs hər şeyə əl atdığı kimi. Nəql olunan şeylərdə ona (Hələbiyə) etibar olunmur.  Bunu şeyx Rabinin səsiylə eşitmisinizmi?

Sual verən:
Xeyr şeyx, elə buna görə də sizdən soruşdum.

Şeyx Fələh Məndəkər:

Heç vaxt, heç vaxt (Hələbiyə etibar etmək olmaz) . Yox , yox Allaha and olsun (etibar etmək olmaz). Təxminən iki il öncə şeyx Raslanı bura Küveytə dəvət də etmişdik. Çox adamlar vardı ki, şeyx Rabiyə təsir etməyə çalışırdılar. Şeyx özü mənə dedi ki, neçə dəfə yanıma gəldilər. Orada (Misirdə) biri var, İbrahim. Tanıyırsan?

Sual verən:
Bəli, Muhəmməd İbrahim əl-Misri.

Şeyx Fələh Məndəkər:

Muhəmməd İbrahimdir, nədir. (Şeyx Rabi) deyir ki, bu hər dəfəsində vərəqlər gətirdi ki, bütün bu sözləri Raslənin sözlərindən çıxarmışıq. Şeyx kağızları mənə göstərdi. Kağızlar çox idi. Şeyx dedi ki, bütün bunlar onların kağızlarıdır. Lakin şeyx dedi ki, bu kağızlardan heç bir hərf belə oxumamışam. Şeyx dedi ki, Allahın rəhmətindən sonra məni bu kağızları oxumaqdan saxlayan şey bu oldu ki, hər dəfəsində deyirdi ki, əllərində səsli kaset yoxdur, sadəcə bu kişi barəsində məndən bircə kəlmə almaq istəyirdilər. Şeyx dedi ki, mən onu tanımıram. Şeyx dedi ki, axırıncı dəfə isə məni saxlayan şey bu oldu ki, biri dedi ki, Küveytdəki tələbən Fələh İsmayıl şeyx Rasləni Küveytə qonaq çağırıb, orada mühazirələr verir. Şeyx dedi ki, dedim ki, əlhəmdulilləh, elə isə mən də Fələh gələnə qədər nə bu kağızları oxumayacam və nə də nəsə danışacam. Allahın qədəri ilə bir ay sonra getdim şeyxin yanına, kağızları mənə göstərdi, dedi ki, dəfələrlə yanıma gəldillər, səsimi yazmaq istəyirdilər. Dedim ki, şeyx (Raslan) sələfi şeyxdir, hörmətli biridir, cühudları var, “İxvanlara”, hizbilərə rədləri var, balaca, böyük hər kəs də ona düşmənçilik edir. Həmçinin şeyx Səd Hüseynin də bunlara şahid olduğunu dedim. Şeyx Səd şeyx Raslanla birgə bizdə qonaq idi. Şeyx Rabiyə dedim ki, şeyx Səd hər yerdə şeyx Raslanla görüşdükdə mənə deyirdi ki, Allah səndən razı olsun ki, bizi bu kişi ilə bir yerdə cəm etmisən və deyirdi ki, Allaha and olsun ki, şeyx Raslan zühdündə və başqa-başqa şeylərdə mənə Əhməd ibn Hənbəli xatırladır. Mən də dedim ki, bu da şeyx Səd, həmişə özün ona zəng edib danışırsan, zəng et, dəqiqləşdir! Əlhəmdulilləh, şeyx tanınan birisidir. Həm də Əli Hələbidən bu söz heç vaxt qəbul oluna bilməz, Əli Hələbidən bu qəbul oluna bilməz. Xüsusən də Əli Hələbidən qəbul deyil. Əli bu gün özünü şeyxə düşmən edib, özünü şeyxin düşməni edib. Allaha and olsun ki, ona dedik ki, niyə şeyxin yanına getmirsən, gedin, şeyxlə otur, biz də səninlə gələk, oturun, bu işlər də, bu problemlər də bitsin, lakin Əli istəmir.  Yox, yox, bu söz yaramaz. Şeyx Raslan doğru, düzgün yol üzərindədir. İndi də “İxvanul muslimun” onu qətldə ittiham edir, kimsə də onu sufilikdə ittiham edir. Allaha and olsun ki, gördüyümüz ən zahid insan odur. Buna görə də şeyx Səd deyirdi ki, o, mənə Əhməd ibn Hənbəli xatırladır, yəni zahidliyində, geyimində, oturuşunda, təvazökarlığında, yeməyində, içməyində. Allaha and olsun ki, o, bir neçə loğma yeyirdi. O Küveytdə bizimlə beş gün qaldı, biz onu bu cür gördük. Nə sufilik?! Əlhəmdulilləh, Sünnə üzərindədir, sələfidir. Allahdan istəyirəm ki, məni də,onu da, səni də sabit etsin.

Sual verən:
Şeyx, Allah sizə bərəkət versin!

Şeyx Fələh Məndəkər:
Sənə də.

Sual verən:
Əssələmu aleykum.

Şeyx Fələh Məndəkər:
Aleykumussələm va rahmətullahi va bərakətuh.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir