Oxunma sayı: 177

Sual #373 : Şeyx Albani – Şeyx Rabi və şeyx Muqbil haqda pis danışan, ya cahildir, ya da həva əhli


Sual verən:

Şeyx Muqbil və Şeyx Rabinin (Allah onları qorusun) bidət və azğın sözlərə qarşı etdikləri cihadı, onların mövqelərini bilirsiniz. Lakin bəzi cavanlar bu iki şeyxin qədir-qiymətində şəkk edirlər. Müxtəsər olsa da belə, bu iki şeyx barədə danışsaydınız yaxşı olardı. Allah təalə bununla insanlara xeyir versin və bu iki şeyx barədə danışan və öz ayıblarını unudaraq onların yollarının ayıb olduğunu göstərmək istəyən insanların dillərinə möhür vursun.

Tarix: 2018-02-04

Cavab #373 : Şeyx Albani – Şeyx Rabi və şeyx Muqbil haqda pis danışan, ya cahildir, ya da həva əhli


Şeyx Albani:

Heç bir şəkk yoxdur ki, Allah təaləyə şükürlər edirik ki, Kitab, Sünnə və saleh sələflərin mənhəci üzərində olan bu mübarək dəvət üçün müxtəlif İslam diyarlarında bir çox dəvətçilər ram etmişdir ki, bunlar da bu günkü vaxtda (bidətə və azğın sözlərə rədd verməklə) İslam aləmində çox az kəslərin yerinə yetirdiyi bu fərzu kifayələri yerinə yetirirlər. Ona görə də salehsələflərin mənhəci üzrə Kitab və Sünnəyə dəvət edən və bu səhih mənhəcə qarşı müxaliflik edənlərlə müharibə edən bu iki şeyx- şeyx Rabi ibn Hədi və şeyx Muqbil barədə pis danışan heç birinizə gizli deyildir ki, iki şəxsdən biridir:

-ya cahildir,
-ya da həva sahibi.

Cahil kəsin hidayəti sənin dediyin kimi mümkündür, çünki özünün elm üzrə olduğunu zənn edir. Buna görə də səhih elm ona bəlli olduqda doğruya yönəlir. Bu səbəbdən mən bir çox yerlərdə deyirəm ki, bu mövcud olan və bizim dəvətimizdən azmış bəzi camaatlarda ixlas görürük, lakin bizimlə olan bəzi kəslər ola bilər ki, ixlas mövzusunda bizimlə deyildir. Hansı ki, ixlas hər bir saleh əməlin qəbul olma səbəbidir.

Amma həva sahibinə gəldikdə isə, buna yol yoxdur! Yalnız Allah təbərakə və təalə Özü onu hidayət etməlidir. Bu iki şeyxə rədd verənlər, dediyim kimi ya cahildir, öyrədilirlər, ya da həva sahibidir ki, bunun da şərindən Allaha sığınırıq və Allahdan istəyirik ki, ya onu hidayət etsin, ya da onun belini qırsın!!!

Sual verən:
Allahu Əkbər.

Şeyx Albani:

Amma şeyx Muqbilə gəlincə , mən, onun çox kitablarını oxumamışam, necə ki, həmçinin qardaşımız Rabinin. Lakin görünən budur ki, Rabinin kitab yazmaqdakı fəallığı şeyx Muqbildən çoxdur, Muqbilin də dəvətdə, insanlara qaynayıb-qarışaraq, onları Kitaba və Sünnəyə dəvət etməkdə, onları haqqa yönəltməkdəki fəallığı şeyx, professor Rabidən çoxdur. Demək istəyirəm ki, şeyx , professor Rabinin kitablarından gördüklərim budur ki, bu kitablar faydalıdır və o kitablarda həm bizim, həm onun üzərində olduğumuz bu mənhəcdən çıxaran hər hansısa bir xətanı gördüyümü də xatırlamıram.

Lakin telefon danışıqlarımızda ona demişəm ki, bəzi sözlərdə yumşaq olsa yaxşıdır, xüsusən də bəzən rədd verdiyi kəslər artıq dünyadan köçmüş ola bilər, Allahın rəhmətinə, məğfirətinə getmiş ola bilər. Başqa bir tərəfdən də ola bilsin ki, insanlar elmlə yox, cahillik hissiyyatları ilə özlərini həmin kəsə nisbət edirlər. Allahın rəhmətinə qovuşduğuna görə yox, bu kəslərə görə bizim bu Sələfi Mənhəcinə müxalif olanlara verilən rədlərdə bir az yumşaq olmağı görürəm. Amma məsələyə elmi tərəfdən yanaşdıqda isə , şeyx Rabi elm üzərindədir. Allaha həmd olsun,o, elmdə çox güclüdür

Şeyx Muqbil isə, siz onu məndən daha yaxşı tanıyırsınız. Onun barəsində sizlərlə gəlib çatan xəbərlər ən böyük şahiddir ki, Allah onu xeyirə müvəffəq edir. Hətta ola bilsin ki, indi yer üzündə ortaya çıxmış dəvətçilərin içində onun mislində biri yoxdur. Allahdan istəyirik ki, müsəlmanları müvəffəq etsin ki, ilk növbədə öz dinlərini öyrənsinlər, sonra da öz həvalarına tabe olmaqdan uzaq dursunlar.

Sual verən:
Amin.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir