Oxunma sayı: 225

Sual #365 : Şeyx Vasiyullah Abbas – Allah şeyx Rabidən razı olsun, onların xətalarını bəyan edir


Sual:

Bəzi qardaşlar şeyx Rabi ibn Hədinin adı olan hər hansı bir şeyi oxumağı rədd edirlər və iddia edirlər ki, şeyx ümməti parçalayıb. Bu qardaşlar sizə etibar edirlər, sevirlər və sizdən qəbul edirlər. Bizə və onlara nəsihət edin.

Allah sizi xeyirlə mükafatlandırsın.

Tarix: 2018-02-04

Cavab #365 : Şeyx Vasiyullah Abbas – Allah şeyx Rabidən razı olsun, onların xətalarını bəyan edir


Şeyx Vasiyullah Abbas:

İmam Əhməd (Allah ona rəhmət etsin) demişdir: “Tapdığın hər bir kağızı oxu, fayda tapacaqsan.”

Sən də deyirsən ki, o kəslər iddia edirlər ki, şeyx ümməti parçalayır. Əgər haqqı bəyan etmək ümməti parçalamaq sayılırsa, onda xoş gördük. O məsələlərdə ki, onlar deyirlər ki, şeyx ümməti parçalayır, elə isə siz də həmin o məsələlərdə onlarla münaqişə, münazirə edin. Əgər xəta bəyan olunmazsa, insanlar xətanı nə vaxt biləcəklər?! İxvanul musliminin də ən çox xoşlamadığı elə budur. Mən onlara nəsihət etdim və dedim ki, ey qardaşlar, siz bilirsiz ki, Seyyid Qutubun (Allah ona rəhmət etsin və günahlarını bağışlasın) kitablarında nə qədər çirkin xətalar vardır.

Şeyxə inkar edən bu “alimlərə” lazım olan budur ki, bu kəlimələri işlətməsinlər. Çünki o xətalar Allahdan nazil olmuş bir şey deyildir ki, onlardan asılı qalsınlar.

Şeyx ibn Bəz (Allah ona rəhmət etsin) ibn Həcərin “Fəthul-Bəri” kitabının iki cildini yoxladıqda, ibn Həcərin müxalif olduğu məsələlərə aydınlıq gətirdi.  Bəs nə üçün onu müdafiə edərək belə qurbanlar vermirlər?

Öz istədiklərini imam filankəs, imam filankəs adlandırırlar! (Seyyid Qutub) özünün ittiham olunduğu dinlər birliyi, səhabələrə dil uzatmaq , Musaya (Allahın ona salamı olsun) dil uzatmaq məsələlərində imamdır.

Şeyx Rabidən isə Allah razı olsun. Xətaları ortaya qoydu. Ondan qabaq da şeyx Duveyş (Allah rəhmət etsin) xətaları bəyan etmişdir.

Bu şeyxlər xeyirdən başqa bir şey istəmirlər. Əgər müxalifdən fayda götürmək istəyirsənsə, bu bir şərtlə olar ki, gərək müxaliflikləri tanıya biləsən. Yox əgər tanımağı bacarmırsansa, onda bu, əqidən üçün təhlükəlidir.

Bəli, onlara nəsihət edin ki, şeyxin yazdıqlarını oxusunlar. “Ziləl Quran” və başqa kitablarından çıxardığı hissələrə verdiyi açıqlamaları oxusunlar. Allah şeyxi qorusun.

Mən deyirəm ki, Allah şeyx Rabidən razı olsun, o, heç bir şəkk yoxdur ki, şeyx bu zamanda elə bir iş gördü ki, ümmətdən günahı qaldırdı. Çünki ümmətin ehtiyacı vardır ki, xətalar bəyan olunsun.

İndiki insanlar bəzi kəslərin xətalarını eşitmək belə istəmirlər. Çünki o kəsləri və bu bəzi məsələləri özləri üçün rəmz etmişlər. Bu isə bizə qadağan olunmuş xalis təqlid gətirir.

Hər hansı bir kəs küfr etmədikcə ona kafir demək olmaz. Nə şeyx, nə də ki, başqaları Seyyidə kafir deməmişlər. Lakin vacib olan xətanı bəyan etməkdir. Səhabələr də bir-birilərinin xətalarını bəyan etmişlər.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir