Oxunma sayı: 175

Sual #362 : Şeyx Suheymi – Şeyx Albani də, bu məsələlərdə Əli Həsən Hələbiyə müxalifdir


Tarix: 2018-02-04

Cavab #362 : Şeyx Suheymi – Şeyx Albani də, bu məsələlərdə Əli Həsən Hələbiyə müxalifdir


Şeyx Suheymi:

Haqq ‘Ləcnə əd–Dəimə’ ilədir və Əli Həsən Hələbi bu məsələni (iman məsələlərini) qatıb–qarışdırıb, Ləcnəyə verdiyi rəddində də xəta etdi. Çünki o, Ləcnənin sözlərini əslən heç başa düşməyib. O, Ləcnəyə verdiyi rəddində xəta edib və öz nəfsinə zülm edib. O, özü də bilmədən özü barədə danışılmasına qapı açdı. Lakin xəta etdi, xəta etdi, xəta etdi, min dəfə xəta etdi. O, elə ümumi sözlər işlədir ki, murciyələr o yerlərdən daxil olurlar. O, elə ümumi sözlər işlədir ki, qorxulur ki, murciyələr o sözləri tutub, istifadə etsinlər. Misal olaraq, deyir ki, küfr ancaq etiqadi olur, əməllə insan heç vaxt kafir olmur. Bu doğru deyil və bunda ona (Hələbiyə) müvafiq olunmaz. Hətta şeyximiz şeyx Albani (Allah ona rəhmət etsin) öz məkanın ucalığı, böyüklüyü ilə bu məsələdə ona (Hələbiyə) müvafiq olmur.

Dindən çıxaran əməli küfr növlərinə misal olaraq Allahı və Rəsulunu söymək, bütə səcdə etmək, sünnə ilə istehza etmək, bütün bunlar İslam dinindən çıxaran küfrlərdir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir