Oxunma sayı: 256

Sual #361 : Şeyx Useymin – Bidət əhlinin arxasında namaz qılmaq olarmı?


Sual:
Bidət əhlindən olan imamın arxasında namaz qılmağın hökmü nədir?

Tarix: 2018-01-29

Cavab #361 : Şeyx Useymin – Bidət əhlinin arxasında namaz qılmaq olarmı?


Şeyx Useymin:

Əgər bidət əhlinin bidəti küfr bidətdirsə, arxasında namaz qılmaq icazəli deyildir. Çünki təkfir edən bidətin (yəni, o bidət ki, sahibi ona görə təkfir edilir) sahibindən heç bir namaz qəbul deyildir. Çünki küfr namazın qəbul olunmasına maneədir. Əgər insanın namazı qəbul deyilsə, necə imam ola bilər. Axı onun namazı yoxdur. Amma sənin ondan xəbərin olmadığı halda arxasında namaz qıldın, sonra onun təkfir edən bir bidət sahibi olmasından xəbər tutdunsa sənin namazın səhihdir. Allah təalə deyir:

‘Allah insanı gücü çatmayan bir şeylə yükləməz.’ (Muminun, 62)

İnsan qeybi bilmir. Amma bidət fasiqlik mərtəbəsində olarsa, sahibi İslam dairəsindən çıxmaz, arxasında qılınan namaz da doğru görüşə görə səhihdir. Fasiqin arxasında qılınan namaz səhihdir, çünki fasiqin öz namazı səhihdir, qəbul olunur. Onun fasiqliyi və ədaləti isə özünə aiddir, nə qədər ki, namazını doğru-düzgün qılır bizə ondan heç bir şey yoxdur. Amma namazında xələllər gətirərsə, bu halda hətta bidətdən və fasiqlikdən salamat olsa da belə arxasında namaz qılmırsan. Bu, bidətçi barədə deyiləcək sözlərin qısa məzmunudur. Düzdür, bəzi alimlər demişlər ki, fasiqin arxasında namaz qılmaq mütləq olaraq icazəli deyildir. Lakin bu söz zəif sözdür. Ən düzgün görüş isə odur ki, fasiqin arxasında qılınan namaz səhihdir. Lakin sənə dediyim kimi əgər namazında xələllər baş verərsə, arxasında namaz qılma. Həmçinin də əgər dinində ədalətli olan, düz yolda olan birisinin arxasında namaz qılmağa imkan varsa, onun arxasında qıl. Belə birisinin arxasında namaz qılmaq fasiqin arxasında qılınan namazdan daha xeyirlidir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir