Oxunma sayı: 193

Sual #354 : Şeyx Süleyman Ruheyli – Allahın dinini insanlara sevdirin!


Tarix: 2018-01-29

Cavab #354 : Şeyx Süleyman Ruheyli – Allahın dinini insanlara sevdirin!


Şeyx Süleyman ər-Ruheyli:

Pis hərəkətlərinizlə insanlarda mənhəcə qarşı ikrah hissi oyatmayın. Mən daima cavanlara bunu nəsihət edirəm ki, doğru yola düşdükdə elə et ki, ailən bu doğru yolu sevsin, elə etmə ki, ailən bu doğru yola nifrət etsin. Bəzi qardaşlar var ki, valideynlərinə yaxşı baxırdı, lütfkar idi, bacılarına ehsan edirdi, lakin doğru yola gəldikdən sonra dəyişdi və valideynlərinə heç də yaxşı olmayan ismarıclar göndərir və beləcə öz ətrafında olanlarda doğru yola qarşı nifrət hissi oyadır. Doğru yola gəldikdən sonra insanlar üçün bu yolda olmamışdan daha xeyirli ol! İnsanlara Allahın dinini sevdir, Sələflərin mənhəcini insanlara sevdir, bunu da doğru–düzgün şəri yolla et.

Bəli, bu belədir! Sələfin mənhəci hamısı rəhmətdir, hamısı xeyirdir, bu mənhəclə zərərlər dəf olunur. Uca Allah biz elm tələbələrini bu mənhəcə və bu mənhəc üzərində irəliləməyə müvəffəq etmişdir. Və elə isə bizə vacib olan budur ki, Allah və Rəsulunun (sallAllahu aleyhi və səlləm) sözləri və saleh sələflərin yolu üzərində olan öz əxlaqımızla, əməllərimizlə, hərəkətlərimizlə insanlara bu mənhəci bəyan edək. Allahdan istəyirəm ki, məni və sizləri oxuyub başa düşən, eşidib dərk edən, əməl edib sevinən, elmlə təmizlənib və elmlə də başqalarını təmizə çıxaran, sadiq qəlbli və sadiq dilli, Allah üçün ixlaslı və qullarına qarşı isə şəfqətli etsin.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir