Oxunma sayı: 216

Sual #353 : Şeyx Əmən əl-Cəmi – Bidət əhlinə rədd vermək və onlardan çəkindirmək vacibdir


Alləmə, Şeyx Muhəmməd Əmən Cəminin bu səs yazısında toxunduğu 4 məsələ:

1- Bidət əhlinə rədd vermək və onlardan çəkindirmək vacibdir!
2- Şeyx Muhəmməd ibn Hədi əl-Mədxalinin rəddiyyələri olan kasetlər İbn Bəzə aparıldı və şeyx dinləyib onu tərif etdi.
3- Öz şeyxinə təəssübkeşlik etmə!
4- Qəlbi öldürən 4 əməl

Tarix: 2018-01-29

Cavab #353 : Şeyx Əmən əl-Cəmi – Bidət əhlinə rədd vermək və onlardan çəkindirmək vacibdir


Şeyx Muhəmməd Əmən Cəmi:

Sualda deyilir ki, bəzi cavanlarda belə bir hissiyyat yaranıb – təbliği hissiyyat – şeyxlərin birinin digərinə rədd verməsini inkar edir və deyirlər ki, bu rədlər qəlbi öldürür.

Cavab:
Qəlbi Qurandan və Sünnədən üz döndərmək öldürür. Əgər rəddiyyələr öz həvasına görə olarsa, insanların eyiblərini açmaqla, onların ayaq büdrəmələrini araşdırmaqla olarsa, insanları alçaltmaqla, tən etməklə, bundan da ləzzət almaqla olarsa, bu iş haramdır və İslamda cinayətdir.

Lakin cərh və tədil baxımından olarsa (elə deyil!) Çünki İslama dəvətlə məşğul olan bəzi kəslər vardır ki, sələfi mənhəcindən uzaqlaşaraq, açıq–aydın və gizli üslublarla sələfi mənhəcinə düşmənçilik edirlər. Bunun da, əlamətləri onun tələbələrində və tabeçilərində görsənir. Tələbələri bu cəmiyyəti və başqalarını təkfir etməyə başlayırlar. Böyük alimlərə dil uzadırlar. Elm tələb edən kəsə də, bu kəsin kasetlərinə, fikirlərinə, dərslərinə, mühazirələrinə rədd etmək şəriətlə vacib olan bir əməldir. Çünki bunlar cavanlara təlbis edirlər, onları aldadırlar. Təlbis edən (aldadan) həm də haqqı gizlədən sayılır. Haqqı gizlətmək və təlbis etmək, bu ikisi biri digərini gərəkdirir. İnsanlara təlbis edən, faktı (vaqeni), şəriəti və haqqı onlara olduğu kimi deyil, əksini göstərən onlara təlbis edən sayılır. Bunu bilən kəsə də, bu şeylərə rəddiyyə vermək vacib olur. Buna görə də şeyx Muhəmməd ibn Hədi əl-Mədxalinin bəzi şeyxlərin fikirlərinə rəddiyyə verdiyi kaseti şeyximiz Abdulaziz ibn Bəz kimi bəzi böyük alimlərə aparıldıqda, kaset şeyx ibn Bəzin xoşuna gəldi, onu təriflədi və yaxşı olduğunu bildirdi. Nə üçün? Çünki orada bəzi fikirlərə rəddiyyə var idi. O fikirlərə rəddiyyə vermək, o fikirlərlə münaqişə etmək Allaha dəvət etmək və haqqı bəyan etməkdən sayılır və bu da vacibdir.

Nə hissiyyatlara qapılmayın, nə də ki, bir şeyə təəssübkeş olmayın. Ümid edirəm ki, mənə təəssübkeşlik edən tələbələrim olmaz, xeyr, heç bundan razı da deyiləm, heç buna icazə də vermirəm. Mən heç bir kəsə halal etmirəm ki, kimsə mənə təəssübkeşlik etsin və məni müdafiə etsin. Yaxud da kiminsə barəmdə dediyi sözü mənə çatdırsın, bunu halal etmirəm. Məni Rəbbimə buraxın, kimsə barəmdə bir söz deyərsə, Allah onunla Özü hesab çəkəcəkdir. Buna görə də mənə təəssübkeşlik edən tələbələrimin olmasından razı deyiləm. Böyüyümüz də, kiçiyimiz də, hamımız qardaşıq, mənim, sənin, onun, hərənin öz tələbələri olmamaq şərti ilə. Çünki bütün bunlar təəssübə və parçalanmağa aparır. Hamınız qardaş olun.

Amma o ki qaldı qəlbin sərtləşməsi məsələsinə, bunun öz səbəbləri vardır:

1. Elmi olmayan məsələlərdə və Qurandan olmayan məsələlərdə çox danışmaq;
2. Çox yemək qəlbi sərtləşdirir;
3. Çox yatmaq qəlbi sərtləşdirir;

İbn Qeyyimin “Fəvaid” kitabına müraciət edin, o, burada qəlbi sərtləşdirən səbəbləri təhdid etmişdir. Bunlardan biri də:

4. İnsanlarla çox qaynayıb qarışmaq.

İnsanlarla qaynayıb qarışmağın faydalı olması vacibdir: ya faydalanmalı, ya da fayda verməlisən. Amma boş–boş danışıqlar, o oldu, bu oldu, televizora baxmaq, heç bir fayda qazanmadan xəbərlərə bağlanmaq, bütün bunlar zərərli ünsiyyətlərdir. Sizləri zərərli ünsiyyətlərdən, sözlərdən və çox yatmaqdan çəkindirirəm. Sizə dediyim kitaba müraciət edin.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir