Oxunma sayı: 186

Sual #352 : Şeyx Muhəmməd Bəzmul – Əli Həsən əl-Hələbinin kitablarından istifadə etmək olarmı?


Sual:

Məşhur Həsən Salmanın və Əli Həsən Hələbinin kitablarından istifadə etməyin hökmü nədir? Bildirirəm ki, bizim ölkəmizdə bəzi kitablar vardır ki, yalnız onların təhqiqləri ilə tapılır.

Tarix: 2018-01-29

Cavab #352 : Şeyx Muhəmməd Bəzmul – Əli Həsən əl-Hələbinin kitablarından istifadə etmək olarmı?


Şeyx Muhəmməd Bəzmul:

Deyirəm ki, belə halda bu kitablardan, hansı ki, alimlər o kitablarda heç bir xəta olduğunu bildirməyiblər – belə təhqiqləri istifadə etmək inşə Allah caizdir.

Mən özüm görürəm ki, Məşhur Həsən Salman yaxşı təhqiqlər edir, yaxşı düzəlişlər verir. Lakin ona da mülahizələr ediblər ki, Əli Həsən Abdul Həmidi (əl-Hələbi) dəstəkləyir və elm əhlinin Əli Həsən Abdul Həmidin tutduğu yoldan çəkindirməsində onlara tabe olmur.

Bütün bunlar isə onun təhqiq etdiyi əksər kitablarında mövcud deyildir. İnşə Allah kitablarından istifadə etmək caizdir.

Amma Əli Həsən Abdul Həmidin kitablarına gəlincə isə, onun kitablarının çoxu özü tərəfindən yazılan kitablardır (inşəiyyə), öz fikrindən yazır. Ona görə də, onun kitablarından çəkinmək, onları tərk etmək və onları istifadə etməmək lazımdır. çünki qorxulur ki, alimlərin ona inkar etdikləri fikirləri bu kitablarda oxucuya yeritsin.

Şeyx Məşhur Həsənin kitablarından fərqli olaraq.
Allah daha yaxşı bilir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir