Oxunma sayı: 200

Sual #348 : Şeyx Albani – Sizin vəfatınızdan sonra (hədisdə) kimə müraciət edək?


Sual verən:

Ey şeyximiz, bir məsələ var, mən bunu Kuveytə gedəndə də, Səudiyyədə də çox eşitmişəm, çox-çox da təkrarlayırlar. O da budur ki, sizin kasetlərinizdə bəzi adlar eşidirlər, yaxud bəzi kəsləri təriflədiyinizi eşidirlər və deyirlər ki, filankəslər şeyx Albaninin (hədisdə) özündən sonrakı xəlifəsidir.

Bu barədə nə deyə bilərsiz?

Tarix: 2018-01-29

Cavab #348 : Şeyx Albani – Sizin vəfatınızdan sonra (hədisdə) kimə müraciət edək?


Şeyx Albani:

Arzu edirəm ki, məndən sonra məndən daha da yaxşısı gəlsin. Lakin bunda heç bir şəxsin adını çəkməmişəm və adlarını çəkməyim mümkün də deyildir. Lakin bütün bu şeylər nə üçündür?

Sual verən:
Yəni, istəyirlər ki, insanların nəzərlərini müəyyən bir adama yönəltsinlər.

Şeyx Albani:
Allah bilir, amma belə də iddia edirlər ki, guya mən bunu Huveyni barəsində demişəm. Lakin deməmişəm və heç deməyəcəm də!

Sual verən:
Deyirlər ki, şeyx Muqbil barəsində də demisiniz.

Şeyx Albani:
Onu xeyirlə zikr etmişəm, bəli! Amma məndən sonra xəlifəm olacağını deməmişəm!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir