Oxunma sayı: 194

Sual #347 : Şeyx Süleyman Ruheyli – SELFİ çəkənlər …


Tarix: 2018-01-29

Cavab #347 : Şeyx Süleyman Ruheyli – SELFİ çəkənlər …


Şeyx Süleyman ər-Ruheyli:

Heç bir şəkk yoxdur ki, həqiqətən də, dəb halına düşmüş (fotoaparat və ya telefonla) şəkil çəkməyə insanlar çox səhlənkar yanaşırlar. Hətta Peyğəmbər (sallAllahu aleyhi və səlləm) məscidində belə! Peyğəmbər məscidində xatib cümə günü xütbə verir, bəzilər isə… Selfi çəkirlər! Xütbəyə isə qulaq asmırlar. Hətta onlar şəkil çəkdirdikləri zaman yalan da danışırlar. “Zəhmət olmasa, mənim şəklimi çəkə bilərsinizmi?” – deyə soruşurlar. O, yalançıdır. Həqiqətdə o dua etmir. Lakin, o, İndoneziyaya qayıtdıqda Peyğəmbər məscidində dua edirmiş kimi çəkdirdiyi şəklini çərçivəyə salıb insanların yığışdığı yerdə asır.

Mən insanlara deyirəm ki, bu əməl (telefonla şəkil çəkmək) haramdır. Mən, hətta Peyğəmbər məscidindəki dərslərimdə də onlara deyirəm: Fərz edin ki, sadəcə yüzdə on faiz ehtimal var ki, şəkil (selfi) çəkmək haramdır. Yalnız yüzdə on faiz! Sən Mədinəyə günah əldə etməyə gəlmisən, yoxsa savab qazanmağa? Sən bura savab qazanmağa gəlmisən! Fərz et ki? fotoaparatla və ya telefonla şəkil çəkməyin haram olması haqqında olan racih görüş zəifdir, lakin, hər nə olursa-olsun onun haram olması ehtimalı var. Elə isə sən özünü Peyğəmbərin (sallAllah aleyhi və səlləm) şəhərində və ya (Məkkədə) Məscidul– Haramda necə ehtimal altında qoyursan?!

Bundan əlavə, bu əməl başqa yöndən də haramdır və bu, riyadır. Sələflər saleh əməllər etdikdə riyaya düşməkdən qorxardırlar, hətta xuşuda da. İmam Əhməd insanlarla danışdığı zaman ona xuşunun gəldiyini hiss etdikdə əlini burnunun üstünə qoyaraq “nə ağır soyuq dəymədir!” deyərdi.

Sələflər saleh əməllər etdikdə riyaya düşməkdən qorxardılar. Sən yalan danışaraq özünü dua edirmiş kim göstərirsən və həmçinin bunu gedib insanlara da nümayiş etdirirsən.

Heç bir şəkk yoxdur ki, (dövrümüzdə) zühur etmiş bu halı lazımdır ki, elm tələbələri müalicə etsinlər.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir