Oxunma sayı: 219

Sual #343 : Şeyx Muhəmməd Bəzmul – Hakimləri şəri və qeyri-şəri qismlərinə ayırmaq əhli-sünnənin sözü deyil


Sual verən:

Bəzi insanlar hakimləri Allahın hökmü ilə hökm vermələrinin dərəcəsinə görə şəri və qeyri-şəri olaraq iki qismə bölürlər. Müsəlmanların bəzi hakimləri barədə deyirlər ki, biz onları təkfir etmirik, lakin onlar qeyri-şəri hakimlərdir, xalq onlara beyət etməli deyil, onlara yalnız məsləhə və məfsədə baxımından qulaq asıb itaət olunur. Və bu sözü Əhli Sünnəyə nisbət edirlər.

Tarix: 2018-01-29

Cavab #343 : Şeyx Muhəmməd Bəzmul – Hakimləri şəri və qeyri-şəri qismlərinə ayırmaq əhli-sünnənin sözü deyil


Şeyx Muhəmməd Bəzmul:

Mən onların bu dediklərinin Əhli Sünnə vəl-Cəməanın sözündən olduğunu bilmirəm. Sonra isə onların bu sözü ziddiyatlıdır, çünki onları müəyyən olaraq təkfir etmirlərsə, bəs nə üçün onlarla kafir müamiləsi edirlər?  Əgər onları təkfir etmirlərsə, bunun mənası budur ki, onlar bu hakimləri zülm və günah əhlindən hesab edirlər.

Məlumdur ki, elm əhli günah və zülm əhlinə qulaq asıb, itaət etməyi vacib bilirlər, nə qədər ki, onlardan açıq-aşkar olan və həmin əməlin də küfr olmasına dair Allahdan gələn dəlillər, bürhanlar olan küfr (küfr buvah) görməyiblər.

Bəli, onların dedikləri bu sözü ibn Həzm “əl-Miləl vən-Nihəl” kitabında zikr etmişdir. Lakin ibn Həzm sifətlər mövzusunda cəhmi, qədər mövzusunda qədəri, hakimiyyət mövzusunda isə zeydidir, xavaricdir. İbn Həzm budur. İbn Həzmin hədisə olan sevgisinə, təziminə görə onun sözünə istinad edir, onun sözünə qayıdırlar, mən “youtube” da belələrindən bəzilərinə qulaq asmışam, ibn Həzmin “əl-Miləl vən-Nihəl” kitabındakı sözünə istinad edirlər. İbn Həzm sifətlər mövzusunda mötəzilələrin fikri üzərində olaraq cəhmidir və hakimlərlə müamilə mövzusunda isə xavaricdir. Sələfi Salehin mənhəci üzərində deyildir.

O, əqidə məsələlərində Əhli Sünnə vəl-Cəməanı təmsil etmir. Alimlərin onun barəsində yüngül danışmalarının səbəbi onun Sünnəni və Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) hədislərini sevməsi olmuşdur. Onun düşdüyü bu xətaları alimlərin ictihad edib düşdükləri xətalardan hesab etmişlər. Lakin batil əhlinin onun sözünü dəlil gətirdiklərinə görə, mən sizə deyirəm ki, ibn Həzm sifətlər mövzusunda cəhmi və hakimlərlə müamilə mövzusunda isə mötəzilələrin, xavariclərin və zeydilərin yolu üzərindədir. Onun bu məsələlərdəki sözləri mövcuddur, mənim bu sözümlə onun sözlərinin arasını tutuşdurun.

Sizlərdən hər biri bunu bacarar ki, “məktəbə şəmiləyə” daxil olsun, Şeyxul-İslam ibn Teymiyyənin kitablarında ibn Həzm yazsın və ibn Teymiyyə ibn Həzm barədə nələr danışdığının hamısını görəcəkdir.

Orada çox qəribə şeylərin şahidi olacaqdır ki, ibn Teymiyyə nə qədər məsələlərdə onun xəta etdiyini bildirir. İbn Həzm əşarilərə müxalif olması ilə yanaşı onlar barədə danışdıqda, onlara rədd etdikdə, onlardan gətirdiyi nəqllərdə onlara qarşı xətalar edir. Onlar barədə danışdıqda sanki onların sözlərinin həqiqətini bilməyən birisi danışır. İbn Həzmdə əşarilərdən nəqllər gətirməkdə və onlara rədlər verməkdə qüsurlar vardır.

Buna görə də əqidə mövzusunda ona etimad olunmaz! O, hakimiyyət mövzusunda mötəzilələrin və xavariclərin yolundadır, Əhli Sünnə vəl-Cəməanın yolunda deyildir. Necə ki, sifət mövzusunda cəhmi olduğu kimi. Onun sözlərinə etimad olunmaz.

Mən Əhli Sünnə vəl-Cəməadan olan elm əhlindən heç bir kəsin onların dediyi bu sözü deməsini bilmirəm. Hansı ki, bu sözü “əl-Miləl vən-Nihəl” kitabında ibn Həzm deyir. Bunlar da onun bu sözünü nəql edir, onun bu sözü ilə fəxr edir və insanları da aldadırlar ki, ibn Həzm Əhli Sünnə vəl-Cəməadandır. İbn Həzm müxalif olduğu və ya xəta etdiyi məsələlərdə Əhli Sünnə vəl-Cəməadan deyildir. Bu məsələlər Əhli Sünnə vəl-Cəməanın məsələləri deyildir. Kim inanmır, getsin, açsın, oxusun, müqayisə etsin.

Hətta əqidə məsələlərində o, əşarilərin və başqalarının sözlərini nəql edib, onlara rədd verdikdə, onların sözünü doğru-düzgün gətirmir. Bəli, biz əşarilərə rədd veririk və onların sözlərini qəbul etmirik.

Mən bu məsələlərdən bəhs etmişəm, bu şeyləri cəm etmişəm, lakin bir mütəxəssis istəyirəm ki, bu şeyləri başında saxlasın və ibn Həzmin əşarilərdən nəql etdiyi şeylərə baxsın ki, bunlar əşarilərin sözüdürmü? O, bu mövzunu heç də yaxşı bilmir.

Xatırlayıram, ustad Hüseyn əl-Avayişin (Allah rəhmət eləsin) bu mövzuda bəhsi var idi, lakin bu formada olaraq nəticəyə varmamışdır. Onun bu bəhsi kamil deyil, tamamlanmağa ehtiyacı vardır.

Beləliklə, ibn Həzm bu məsələlərdə Əhli Sünnə vəl-Cəməadan deyildir. Buna görə də mən deyirəm ki, Əhli Sünnə vəl-Cəməadan bu sözü deyən birisini tanımıram.

Əksinə, imam, əmr sahibi nə qədər ki, müsəlman adını daşıyır, qulaq asılmalı və itaət edilməlidir. Bu Peyğəmbərin sözüdür.

Ubadə ibn Samit deyir: Peyğəmbərə (sallAllahu aleyhi və səlləm) çətin işlərimizdə də, asan işlərimizdə də, xoşumuza gəlməyən şeylərdə də, xoşumuza gələn şeylərdə də qulaq asıb, itaət etmək barədə, həmçinin haqqımızı versələr də, verməsələr də əmirliyi əlindən almamaq barədə beyət etdik, nə qədər ki, onlardan açıq-aşkar olan küfr görmür və əlimizdə də Allahdan bunun barədə açıq-aşkar dəlil yoxdur.

Nə qədər ki, əmr sahibi açıq-aşkar küfr (kufr buvah) sözünün altına daxil olmur, hansı ki, əlimizdə Allahdan bunun barəsində dəlillər vardır, (bizə) vacib olan yaxşı işlərdə qulaq asıb, itaət etməkdir.

Amma demək ki, “Əmr sahibində müxalifliklər vardır, Allahın nazil etdiyi ilə hökm vermir, düzdür mən onu təkfir etmirəm, lakin ona qulaq asıb itaət etmirəm, o, şəri hakim deyildir” – bu söz doğru söz deyildir və elm əhlinin də sözü deyildir. Bu söz səhih də deyildir və Əhli Sünnə vəl-Cəməanın sözü də deyildir. Bu sözü deyənlər danışdıqda deyirlər ki, bunu ibn Həzm demişdir. İbn Həzm də bu məsələlərdə Əhli Sünnə vəl-Cəməanın yolu üzərində deyildir.

Hətta iman mövzularında ibn Teymiyyə onu təriflədikdə, görürsən ki, onun bütün sözlərini tərifləməmişdir. Təriflədiyi yalnız bəzi yerlərdir. İbn Həzm əqidə mövzusunda yaxşı, tutarlı deyildir və bütün şeylərdə Əhli Sünnə vəl-Cəməanı təmsil etmir.

Alimlər onu ona görə qiymətləndirib, hörmət ediblər ki, çünki, o Sünnəyə, hədislərə hörmət edir, lakin o Əhli Sünnə vəl-Cəməaya müxalif olub, əqidə məsələlərində xəta edib.

Bunlar insanları ibn Həzm və başqaları ilə aldadır və deyirlər ki, bizim bu məsələlərdə sələfimiz vardır. Bu məsələdə sizin sələfiniz Əhli Sünnə vəl-Cəməanın məzhəbinə müxalif olan bidət olan insanlardır. İnsanların bu barədə danışması çox təəccüblüdür.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir