Oxunma sayı: 243

Sual #342 : Şeyx Rabi uzun illər ‘Əli Həsən əl-Hələbi’yə səbr etdi – Şeyx Muhəmməd Bəzmul


Sual:

Bidətlərə və ya bidətə düşmüş birini təbdi etmək üçün (bidətçi demək üçün) hüccət qaldırılması şərtdirmi?

Tarix: 2018-01-29

Cavab #342 : Şeyx Rabi uzun illər ‘Əli Həsən əl-Hələbi’yə səbr etdi – Şeyx Muhəmməd Bəzmul


Şeyx Muhəmməd Bəzmul:

Bu, rədd məqamıdır, bunu rədd məqamı adlandırırıq. Burada hüccət qaldırılması şərt deyildir.

Əzəmətli Allaha and olsun ki, hətta bəzən rəddiyyəni gecikdirdiyinə, susduğuna, rəddiyyəni ortaya qoymadığına görə şeyx Rabini qınayırdıq.

Yadımdadır. Şeyx Rabi (ibn Hədi əl-Mədxali) yeddi, səkkiz il Əbul-Həsənə səbr etdi.

Əli Həsən Abdul Həmid əl-Hələbiyə nə qədər səbr etdi və mən buna şahidlik etmişəm. Şeyxi qınayırdıq. Nə üçün? Çünki biz fikirləşirdik ki, rədd edib bəyan etməlidir. Lakin şeyx bu kəslər barəsində xeyir ümid edirdi, səbir edirdi, dözürdü. Heç siz bilirsinizmi bəzən şeyxə ircalıq nisbət olunurdu. Siz bunları bilmirsiniz, lakin mən bilirəm. Susduğuna görə şeyx bəzi cahillər tərəfindən ircalığa nisbət olundu, lakin şeyx (Rabi) səbir etdi və dözdü.

Lakin o ki, qaldı buna, rəddiyyə məqamında hüccət qaldırmaq vacib deyildir. Çünki burada həmçinin də ümumi olaraq müsəlmanlara nəsihət etmək vardır. Bu insan ümumi olaraq öz sözünü bütün müsəlmanların arasında yayıb.

Bilirsiniz, bir risalə var, adı “Mucməl etiqad Əhli Sünnə”. Gördüm ki, “Şeyx Albani adına mərkəz” (oradakı şəxslər) bunu nəşr etmişdir. Şeyx Rabinin də adını onun üstünə yazıblar. Əli Həsən Abdul Həmid (əl-Hələbi) bu kitabı bizə gətirdi. Şeyx Rabi də məndən tələb etdi ki, onu oxuyum. Dedi ki, övladım, mən də oxuyuram, sən də oxu. Və şeyx Əlinin bizdən tələb etdiyi mülahizələri qeyd edək, verək özünə. Şeyx də, mən də mülahizələrimizi (etirazlarımızı) yazdıq. Şeyx Əliyə dedik ki, bu şeyləri dəyişdir, inşə Allah xeyirdir.

Sonra isə şeyx Əli mülahizələrə heç bir dəyişiklik etmədən Şeyx Albani adına mərkəzi adından kitabı nəşr etdirdi və şeyx Rabinin də adını risaləyə müvafiq olanların arasında kitabın üstünə yazdı. Şeyx buna səbir etdi. Kim bu sözə inanar? Heç kəs! Lakin mən Allah Əzzə və Cəllənin qarşısında şahidlik edirəm ki, bu baş vermişdir. Şeyx Rabi isə səbir etdi.

Bu məqam, yəni ki, rəddiyyə məqamında susmaq icazəli deyildir. Batil əhlindən baş vermiş şeylərə görə onlara rədd verilir! Əgər elm əhlindən, haqq əhlindən də batil bir söz çıxarsa, onlara da rədd verilir. Lakin batil əhlinə rədd verməklə Sünnə əhlinə və elm əhlinə rədd vermək arasında fərq vardır. O birisində elmi rəddiyyə olmalıdır, açıq-aydın olmalıdır və tələb olunan vəsflə adları verilir. Lakin burada isə rəddiyyə yumşaq olmalıdır, məkanları, haqları qorunmalıdır və sözlərindən baş verən şeyin tələb etdiyi vəsf onlara verilmir, dəyərləri qiymətləndirilir.

Bu, elm əhli arasında rəddiyyə mövzusudur. Elm əhli bir-birinə rəddiyyə vermirmi? Verir.

“(Saqqalı) Qabd” məsələsində şeyx Albani müxalif olduqda şeyx ibn Bəz susdu? Xeyr, susmadı. Lakin nə dedi? Dedi ki, qardaşımız şeyx Muhəmməd Nasir əd-Din Albani belə-belə deyir. Rəddiyəni belə verir, bəyan edir.

Buna görə də alimlər demişlər ki, batil əhlinə rədd vermək fərz kifayədəndir. Və ya batili rədd etmək fərz kifayədir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir