Oxunma sayı: 193

Sual #341 : Şeyx Abbad – Hələbinin tərif etdiyi ‘Ammən risaləsi’ haqda


Əli Həsən əl-Hələbinin ‘Ammən risaləsi’ni tərif etməsi

Əli Həsən əl-Hələbi:

“Peyğəmbərimiz (sallAllahu aleyhi və səlləm) demişdir: “Kim insanlara şükr etməzsə, Allaha şükr etməz”. Şükrün hamısı bizim kralımız üçündür, Allah ondan razı olsun, Allah onun yuxusuzluğunda, cəfasında, qayğısında və mühanzəsində fəzilətini və xeyrini artırsın. Ədalət və haqq din olan İslam dinini şərh etməkdə ən birinici olan, ən öndə olan, bu əmələ tələsən “Ammən risaləsi” bir il bundan qabaq kralımızın ortaya qoyduğu elə bir risalədir ki, onun bu dinlə izzətli olmasını və saflığını, gözəlliyini və paklığını, onun bu dinin öndə qalmasına və var olmasına həris olmasını göstərən güclü bir dəlil və açıq–aydın bir bürhandır. Bunlar da xeyirli və yaxşı işlərdə, haqq olan şeylərdə ona itaətin vacibliyini gərəkdirir”.

Tarix: 2018-01-29

Cavab #341 : Şeyx Abbad – Hələbinin tərif etdiyi ‘Ammən risaləsi’ haqda


Şeyx Abdul-Muhsin əl-Abbad “Ammən risaləsi” haqqında

Sual:

Risalələrin birində gördüm ki, orada deyilir: “Bütün ilahi dinlərin əsli birdir, müsəlman bütün Rəsullara iman gətirir və onlardan heç bir kəsin arasında fərq qoymur. Onlardan hər hansı birinin peyğəmbərliyini (risaləsini) inkar etmək İslamdan çıxmaq sayılır. Burada həmçinin heç bir əqidə ayrı–seçkiliyinə və fikir müstəqilliyinə əhəmiyyət vermədən, ehtiyac duymadan BAŞQA DİNLƏRİN MÖMİNLƏRİNİN hamısının insaniyyət toplumuna xidmət etmək üçün ortaq bir araya gəlməsini təmin edən geniş bir qayda təsis edir.”

Şeyx Abdul-Muhsin əl-Abbad:

Əvvəlki söz gözəldir, axırda deyilənlər isə xəbisdir, murdardır. Əvvəli yaxşıdır, axırı isə pisdir. Yəni Rəsulların dinlərinin bir olması, onların tövhidə çağırmaları, onların hamısına iman gətirməyin vacib olması və kim onlardan birinə küfr edərsə, qalan hamısı barəsində də kafir olması, bütün bunların hamısı haqdır.

Lakin dinlərin bir-birlərilə görüşməsi sözünə gəldikdə isə….! Peyğəmbərimiz Muhəmməd (sallAllahu aleyhi və səlləm) göndərildikdən sonra İslam dinindən başqa haqq olan bir din qalmadı. Müsəlmanların tabe olduqları dindən başqa haqq olan hər hansı bir dinin mövcud olmasını etiqad etmək olmaz! Əksinə Muhəmməd (sallAllahu aleyhi və səlləm) göndərildikdən sonra bütün şəriətlər nəsx olundu (silindi, ləğv olundu). Muhəmməd (sallAllahu aleyhi və səlləm) deyir:

“Canım əlində olana (Allaha) and olsun ki, bu ümmətdən (yəni bütün insanlardan) istər yəhudi olsun, istər nəsrani olsun kimsə mənim barəmdə eşidər, sonra da göndərildiyim dinə iman gətirmədən ölərsə, Cəhənnəm sakinlərindən olar”

Həmçinin deyir:

“Əgər Musa həyatda olmuş olsaydı ancaq mənə tabe olardı”.

İsa Peyğəmbər də axır zamanda yer üzünə endikdə İncillə yox, Muhəmməd Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) şəriəti ilə hökm verəcəkdir! Bütün şəriətlər Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) göndərilməsi ilə sona çatdı, indi o şəriətlərdən heç nə qalmayıb. Lakin kitab əhli barədə varid olmuşdur ki, onlarla xas bir müamələ qaydaları ilə rəftar olunur, çünki onların dinlərinin əsli vardır. Onlar cizyə verdikdə müsəlmanların hakimiyyəti altında qalırlar. Çünki bu onların İslama daxil olmalarına səbəbdir. Lakin belə demək ki, Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) göndərilməsindən sonra bütün dinlər haqdır, hamısı mötəbərdir və onların arasında fərq yoxdur – bu söz ən batil və ən çirkin sözlərdəndir.

 

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir