Oxunma sayı: 167

Sual #340 : Şeyx Fovzan – Hələbinin tərif etdiyi ‘Ammən risaləsi’ haqda


Əli Həsən əl-Hələbinin ‘Ammən risaləsi’ni tərif etməsi

Əli Həsən əl-Hələbi:

“Peyğəmbərimiz (sallAllahu aleyhi və səlləm) demişdir: “Kim insanlara şükr etməzsə, Allaha şükr etməz”. Şükrün hamısı bizim kralımız üçündür, Allah ondan razı olsun, Allah onun yuxusuzluğunda, cəfasında, qayğısında və mühanzəsində fəzilətini və xeyrini artırsın. Ədalət və haqq din olan İslam dinini şərh etməkdə ən birinici olan, ən öndə olan, bu əmələ tələsən “Ammən risaləsi” bir il bundan qabaq kralımızın ortaya qoyduğu elə bir risalədir ki, onun bu dinlə izzətli olmasını və saflığını, gözəlliyini və paklığını, onun bu dinin öndə qalmasına və var olmasına həris olmasını göstərən güclü bir dəlil və açıq–aydın bir bürhandır. Bunlar da xeyirli və yaxşı işlərdə, haqq olan şeylərdə ona itaətin vacibliyini gərəkdirir”.

 

Tarix: 2018-01-29

Cavab #340 : Şeyx Fovzan – Hələbinin tərif etdiyi ‘Ammən risaləsi’ haqda


Şeyx Saleh əl–Fovzan “Ammən risaləsi” haqqında

Sual:

Risalələrin birində gördüm ki, orada deyilir: “Bütün ilahi dinlərin əsli birdir, müsəlman bütün Rəsullara iman gətirir və onlardan heç bir kəsin arasında fərq qoymur. Onlardan hər hansı birinin peyğəmbərliyini (risaləsini) inkar etmək İslamdan çıxmaq sayılır. Burada həmçinin heç bir əqidə ayrı-seçkiliyinə və fikir müstəqilliyinə əhəmiyyət vermədən, ehtiyac duymadan BAŞQA DİNLƏRİN MÖMİNLƏRİNİN hamısının insaniyyət toplumuna xidmət etmək üçün ortaq bir araya gəlməsini təmin edən geniş bir qayda təsis edir.”

Şeyx Saleh əl–Fovzan:

Bu söz zəlalətdir, bundan Allaha sığınırıq! Bəli, biz bütün Peyğəmbərlərə və bütün Kitablara iman gətirmişik. Lakin onlar bütün Peyğəmbərlərə iman gətirmirlər. Yəhudilər İsaya və Muhəmmədə (sallAllahu aleyhi və səlləm) küfr edir, nəsranilər isə Peyğəmbərlərin sonuncusu Muhəmmədə (sallAllahu aleyhi və səlləm) küfr edirlər! Qurana iman gətirmirlər! Elə isə necə deyə bilərik ki, “onlar möminlərdir”?! Onlar Peyğəmbərlərin bəzilərinə küfr edirlər! Onlar Kitabların bəzilərinə küfr edirlər! Onlar mömin deyillər! Onlar möminlərdən deyillər! Belə danışmaq haqqı batilə qatmaq və insanları azdırıb, zəlalətə salmaqdır! Bunu inkar etmək vacibdir!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir