Oxunma sayı: 199

Sual #338 : Şeyx Abbad – Bunlar şəri hakimlərdir


Sual:

Bizdə bəzi elm tələbələri var, deyirlər ki, əgər hakim Allahın şəriəti ilə hökm verməzsə, hakim qeyri–şəri hakimdir. Yəni, ona beyət yoxdur, lakin ona məsləhətlərə nail olmaq və zərərləri uzaqlaşdırmaq baxımından qulaq asılıb, itaət olunur, ona qarşı çıxılmır, insanlar ona qarşı çıxmağa da çağırılmır və təkfir də olunmurlar. Bizə qaranlıq qalan isə budur ki, onlar bu hakimləri qeyri-şəri hakim adlandırır və bu hakimlərə beyət yoxdur deyirlər.

Tarix: 2018-01-28

Cavab #338 : Şeyx Abbad – Bunlar şəri hakimlərdir


Şeyx Abdul-Muhsin əl-Abbad:

Onların hakimin yanına gedib, onlara əl verərək beyət etmələri, bu lazım deyil. Çünki əgər hakimiyyət ya alim və nazirlərin (əhlul hal və aqd) yolu ilə, seçimləri ilə və ya hətta güc yolu ilə (təğallub) hasil olar və işi öz əlinə alarsa, bu halda hamıya vacib olan o hakimə qulaq asıb, itaət etməkdir. Və bu hakim şəri hakim sayılır. Xeyirli işlərdə ona qulaq asılıb, itaət olunur, günah işlərdə isə itaət olunmur.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir