Oxunma sayı: 223

Sual #337 : Hələbi və dinlər birliyi. Şeyx Abbadın Hələbiyə cavabı


Tarix: 2018-01-28

Cavab #337 : Hələbi və dinlər birliyi. Şeyx Abbadın Hələbiyə cavabı


Dinlər birliyinə, dinlər qardaşlığına, dinlər azadlığına, dinlərin bərabər olmasına, məzhəblər arası yaxınlığa, fikir azadlığına və demokratiyanın tətbiqinə çağıran “Ammən Risaləsində” deyilir:

“Bütün ilahi dinlərin əsli birdir, müsəlman bütün Rəsullara iman gətirir və onlardan heç bir kəsin arasında fərq qoymur. Onlardan hər hansı birinin peyğəmbərliyini (risaləsini) inkar etmək İslamdan çıxmaq sayılır. Burada həmçinin heç bir əqidə ayrı–seçkiliyinə və fikir müstəqilliyinə əhəmiyyət vermədən, ehtiyac duymadan BAŞQA DİNLƏRİN MÖMİNLƏRİNİN hamısının insaniyyət toplumuna xidmət etmək üçün ortaq bir araya gəlməsini təmin edən geniş bir qayda təsis edilir”

Əli Həsən əl-Hələbi risalədə bu küfrlərin olmasına baxmayaraq onu tərifləyərək deyir:

“Peyğəmbərimiz (sallAllahu aleyhi və səlləm) demişdir: “Kim insanlara şükr etməzsə, Allaha şükr etməz”.

Şükrün hamısı bizim kralımız üçündür, Allah ondan razı olsun, Allah onun yuxusuzluğunda, cəfasında, qayğısında və mühafizəsində fəzilətini və xeyrini artırsın. Ədalət və haqq din olan İslam dinini şərh etməkdə ən birinici olan, ən öndə olan, bu əmələ tələsən “Amman risaləsi” bir il bundan qabaq kralımızın ortaya qoyduğu elə bir risalədir ki, onun bu dinlə izzətli olmasını və saflığını, gözəlliyini və paklığını, onun bu dinin öndə qalmasına və var olmasına həris olmasını göstərən güclü bir dəlil və açıq–aydın bir bürhandır. Bunlar da xeyirli və yaxşı işlərdə, haqq olan şeylərdə ona itaətin vacibliyini gərəkdirir”.

Sonra isə Ammən şəhərində baş verən partlayışlar barədə xütbə verərək, orada bu küfr risaləsini tərifləmiş və sonra da o xütbəsini iki dəfə kitab halında çap etmiş və fəxrlə yaymışdır. Hələbi orada da deyir:

“Ammən risaləsi” çətin olmayan, lətafətli ifadələrdən ibarət olan yığcam və ümumi olan bir şərh olub, İslami əxlaqları və sifətləri və İslamın əzəmətli xüsusiyyətlərini açıqlayır. Bunu yazmağa dünyada baş verən bu çoxsaylı dəyişikliklər içərisində yaşayan İslamın və müsəlmanların acı durumu yönəltmişdir”.

İndi isə bəzi alimlərin bu risalə barədə etdikləri tənqidlərə nəzər salaq:

Şeyx Rabi ibn Hədi əl–Mədxali (Allah onu qorusun) Əsad ibn Acilin yazdığı “Ğadabu əd-Dəyyəni aləl–qailinə bi vihdətil-ədyən” (Dəyyənin (Allahın adlarından biridir) dinlər birliyi deyənlərə qəzəbi) adlı məqaləsinə 23.04.1432-ci ildə öz Məkkədəki evində əlavələr edərək deyir:

“Onların “Bütün ilahi dinlərin əsli birdir” sözlərinin üzərinə “BAŞQA DİNLƏRİN MÖMİNLƏRİNİN hamısının insaniyyət toplumuna xidmət etmək üçün ortaq bir araya gəlməsini təmin edən geniş bir qayda təsis edilir” sözlərini əlavə etsən, bununla sənə açıq–aşkar bəyan olacaqdır ki, onlar dinlər birliyini deyirlər. “İlahi dinlər”-dən qəsdləri isə İslam, dəyişdirilmiş yəhudilik, dəyişdirilmiş nəsranilik və başqa dinlərdir. Bunda yalnız təkəbbürlüyün və axmaqlığın son həddinə çatmış təkəbbürlü birisi mücadələ edər. Onların “heç bir əqidə ayrı–seçkiliyinə və fikir müstəqilliyinə əhəmiyyət vermədən, ehtiyac duymadan” sözləri isə dinlər azadlığına, dinlərin bərabərliyinə və buna dəvət etməyə açıq-aydın bir etirafdır”.

Şeyx Saleh əl–Fovzan “Ammən risaləsi” haqqında

Sual:

Risalələrin birində gördüm ki, orada deyilir: “Bütün ilahi dinlərin əsli birdir, müsəlman bütün Rəsullara iman gətirir və onlardan heç bir kəsin arasında fərq qoymur. Onlardan hər hansı birinin peyğəmbərliyini (risaləsini) inkar etmək İslamdan çıxmaq sayılır. Burada həmçinin heç bir əqidə ayrı-seçkiliyinə və fikir müstəqilliyinə əhəmiyyət vermədən, ehtiyac duymadan BAŞQA DİNLƏRİN MÖMİNLƏRİNİN hamısının insaniyyət toplumuna xidmət etmək üçün ortaq bir araya gəlməsini təmin edən geniş bir qayda təsis edir.”

Şeyx Saleh əl–Fovzan:

Bu söz zəlalətdir, bundan Allaha sığınırıq!
Bəli, biz bütün Peyğəmbərlərə və bütün Kitablara iman gətirmişik. Lakin onlar bütün Peyğəmbərlərə iman gətirmirlər. Yəhudilər İsaya və Muhəmmədə (sallAllahu aleyhi və səlləm) küfr edir, nəsranilər isə Peyğəmbərlərin sonuncusu Muhəmmədə (sallAllahu aleyhi və səlləm) küfr edirlər! Qurana iman gətirmirlər! Elə isə necə deyə bilərik ki, “onlar möminlərdir”?! Onlar Peyğəmbərlərin bəzilərinə küfr edirlər! Onlar Kitabların bəzilərinə küfr edirlər! Onlar mömin deyillər! Onlar möminlərdən deyillər! Belə danışmaq haqqı batilə qatmaq və insanları azdırıb, zəlalətə salmaqdır! Bunu inkar etmək vacibdir!

Şeyx Abdul-Muhsin əI-Abbad “Ammən risaləsi” haqqında

Sual:

Risalələrin birində gördüm ki, orada deyilir: “Bütün ilahi dinlərin əsli birdir, müsəlman bütün Rəsullara iman gətirir və onlardan heç bir kəsin arasında fərq qoymur. Onlardan hər hansı birinin peyğəmbərliyini (risaləsini) inkar etmək İslamdan çıxmaq sayılır. Burada həmçinin heç bir əqidə ayrı–seçkiliyinə və fikir müstəqilliyinə əhəmiyyət vermədən, ehtiyac duymadan BAŞQA DİNLƏRİN MÖMİNLƏRİNİN hamısının insaniyyət toplumuna xidmət etmək üçün ortaq bir araya gəlməsini təmin edən geniş bir qayda təsis edir.”

Şeyx Abdul-Muhsin əl-Abbad:

Əvvəlki söz gözəldir, axırda deyilənlər isə xəbisdir, murdardır. Əvvəli yaxşıdır, axırı isə pisdir. Yəni Rəsulların dinlərinin bir olması, onların tövhidə çağırmaları, onların hamısına iman gətirməyin vacib olması və kim onlardan birinə küfr edərsə, qalan hamısı barəsində də kafir olması, bütün bunların hamısı haqdır. Lakin dinlərin bir-birlərilə görüşməsi sözünə gəldikdə isə….!

Peyğəmbərimiz Muhəmməd (sallAllahu aleyhi və səlləm) göndərildikdən sonra İslam dinindən başqa haqq olan bir din qalmadı. Müsəlmanların tabe olduqları dindən başqa haqq olan hər hansı bir dinin mövcud olmasını etiqad etmək olmaz! Əksinə Muhəmməd (sallAllahu aleyhi və səlləm) göndərildikdən sonra bütün şəriətlər nəsx olundu (silindi, ləğv olundu).

Muhəmməd (sallAllahu aleyhi və səlləm) deyir:

“Canım əlində olana (Allaha) and olsun ki, bu ümmətdən (yəni bütün insanlardan) istər yəhudi olsun, istər nəsrani olsun kimsə mənim barəmdə eşidər, sonra da göndərildiyim dinə iman gətirmədən ölərsə, Cəhənnəm sakinlərindən olar”

Həmçinin deyir:

“Əgər Musa həyatda olmuş olsaydı ancaq mənə tabe olardı”.

İsa Peyğəmbər də axır zamanda yer üzünə endikdə İncillə yox, Muhəmməd peyğəmbərin (sallAllahu aleyhi və səlləm) şəriəti ilə hökm verəcəkdir! Bütün şəriətlər Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) göndərilməsi ilə sona çatdı, indi o şəriətlərdən heç nə qalmayıb. Lakin kitab əhli barədə varid olmuşdur ki, onlarla xas bir müamələ qaydaları ilə rəftar olunur, çünki onların dinlərinin əsli vardır. Onlar cizyə verdikdə müsəlmanların hakimiyyəti altında qalırlar. Çünki bu onların İslama daxil olmalarına səbəbdir. Lakin belə demək ki, Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) göndərilməsindən sonra bütün dinlər haqdır, hamısı mötəbərdir və onların arasında fərq yoxdur – bu söz ən batil və ən çirkin sözlərdəndir.

Bu alimlərin “Ammən risaləsinə” etdikləri bu etirazlardan sonra umulurdu ki, Hələbi daha bu küfrə çağıran bu risaləni tərifləməz və verdiyi bütün tərifləri də öz saytından çıxarar. Lakin heç də belə olmadı, əksinə o, bundan sonra “Cəvabu şeyx muhəddis Ali Hələbi alə risələti şeyx duktur Sadiq Beydani havlə qadayə mənhəciyyə” adlı məqalədə “Ammən Risaləsinə” əvvəllər verdiyi dəstəyini bir daha gücləndirdi və ona olan tərif-sənasının üzərində israrını davam etdirdi. Şeyx Saleh əl–Fovzanın və şeyx Abdul Muhsin əl–Abbadın “Ammən Risaləsindəki” açıq–aydın dinlər birliyinə çağıran cümləyə verdikləri rəddiyyənin üstünə gəldikdə cürətlə dedi:

“Amman risaləsinə” qarşı irəli sürülən bu iddialara gəldikdə, guya ki, o, küfr olan dinlər birliyi əqidəsinə və sair şeylərə çağırır, bu nə açıq-aydın (sarih olan), nə də ki, qəti olaraq “zahir görsənən” bir şey deyildir! Bu yalnız ehtimal olunan, yüngül kəlimələrdir, bundan başqa bir şey deyildir. Əksinə orada buna müxalif olan və buna qarşı çıxan (açıq-aydın), (zahir olan) (nass) vardır. Bu (nass) da budur ki, “Bütün ilahi dinlərin əsli birdir, müsəlman bütün Rəsullara iman gətirir və onlardan heç bir kəsin arasında fərq qoymur. Onlardan hər hansı birinin peyğəmbərliyini (risaləsini) inkar etmək İslamdan çıxmaq sayılır. Burada həmçinin heç bir əqidə ayrı-seçkiliyinə və fikir müstəqilliyinə əhəmiyyət vermədən, ehtiyac duymadan başqa dinlərin möminlərinin hamısının insaniyyət toplumuna xidmət etmək üçün ortaq bir araya gəlməsini təmin edən geniş bir qayda təsis edir. Bütün bunlarda Allah təalənin bu ayəsinə istinad edir:

“Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!”

Elə isə bu “dinlər birliyi” mövzusundakı bu batil iddiadan necə söhbət gedə bilər. Baxmayaraq ki, orada bunun inkarını və yoxluğunu göstərən müxtəlif ləfzlərlə “açıq-aydın naslar” vardır. Ola bilsin ki, bu ləfzlərin ən zahir olanı dinlərdən danışıldıqda deyilən “heç bir əqidə ayrı-seçkiliyinə və fikir müstəqilliyinə əhəmiyyət vermədən, ehtiyac duymadan” sözüdür. Beləliklə, ola bilsin ki, orada ehtimal olunan sözlər olmuş olsun, yaxşı zənn etməklə və bir tərəfdən mənanın düzülüşünə yaxşı–yaxşı baxmaqla və digər tərəfdən də nəticələri, sonluqları yaxşı-yaxşı öyrənməklə və dərk etməklə bu sözləri şəriətə müxalif olmayan və bu dinin əsaslarından heç bir şeyi pozmayan mənalara yozmaq son dərəcə olaraq mümkündür.

Hələbinin cürətinə və inadkarlığına bax! Necə də bu böyük alimlər tərəfindən inkar və rədd olunmuş o sözü “o nassı” “Ammən risaləsinin” dinlər birliyinə çağırmamasını göstərən (açıq-aydın), (zahir olan) (nass) hesab edir! Əgər dinlər birliyinə çağırmırsa, bəs yaxşı onda bu nədir?! Yəni, alimlər “açıq-aydın”, “zahir olan nassı” gizli olan, ehtimal olunan nasdan ayırd edə bilmirlər!

İndi də məsələyə başqa tərəfdən baxaq, heç burada şeyx Abbadla şeyx Rabinin və başqalarının arasında ixtilaf varmı?! Və ya şeyx Abbad Hələbinin üsullarına müvafiqdirmi?! Əlbəttə də ki, yox!

Həmçinin Hələbi rafizi ayətullah alimlərindən Xomneyi, Təsxiri, Sistani, Muhəmməd Fadlullah və sairləri, zeydilərdən İbrahim əl–Vəzir, həmçinin batiyyə firqələrindən biri olan “İsmaili” firqəsinin başçısı dördüncü “Ağa xan” Kərim Huseyni, sufilərdən: sufi əşari Əhməd Kəftəru (Suriyanın müftisi) və sairləri, ibadi xavariclərdən Əhməd Xaliliy (Omanın müftisi), həmçinin hizbi, ixvan Yusuf Qardavi, əşari Əli Cuma (Misirin müftisi) “Ammən risaləsini” dəstəkləyənləri tərifləyib, yalan və böhtanla onların etibarlı “siqa” alimlər olmalarına şahidlik edərək deyir:

“Ammən risaləsini” İordaniyadan və başqa yerlərdən olan müxtəlif rəsmi və xalq orqanları, həmçinin də müxtəlif dərəcələr və MÜXTƏLİF YOLLAR ÜZƏRİNDƏ OLAN ALİMLƏR və müxtəlif dərəcə və vəzifə sahibləri olan hakimlər iqrar etmişlər.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir