Oxunma sayı: 192

Sual #335 : Şeyx Fovzan – Əli Həsən əl-Hələbi haqda


Sual:

Dindən çıxaran küfrü yalnız halal saymaqda (istihləldə) çərçivəyə alan kəsin hökmü nədir? Doğrudurmu ki, Ləcnə ilə Əli Həsən əl–Hələbi arasında olan ixtilaf yalnız sözdə olan (ləfzi) ixtilafdır?

Tarix: 2018-01-28

Cavab #335 : Şeyx Fovzan – Əli Həsən əl-Hələbi haqda


Şeyx Saleh əl-Fovzan:

Bu məsələdə danışmağı tərk edin, dindən çıxmaq (riddə) məsələlərini alimlər öz kitablarında bəyan ediblər – fiqh kitablarında, tövhid kitablarında bunu açıqlayıblar. Bizim yeni insanlara ehtiyacımız yoxdur ki, gəlsin öz cahilliyi ilə, öz fikirləri ilə, öz yalan böhtanları ilə insanları çaşdırsın, dolaşdırsın. Bizim belələrinə ehtiyacımız yoxdur.

Alimlərimizin sözləri bizə bəs edir, öz səhih olan fiqh kitablarında, əqidə kitablarında yazdıqları bizə kifayət edir və bunun üzərində də gedirik. Cavanları və insanları məşğul edən yeni yazıları, yeni öyrənilən şeyləri tərk edirik.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir