Oxunma sayı: 186

Sual #333 : Şeyx Rabi – Hər bidət işlədən bidətçidirmi? Hər şirk və ya küfr işlədən müşrik və kafirdirmi?


Şeyx Muhəmməd ibn Hədi:

İkinci sual, bidət işlədən hər bir kəs bidətçidirmi? Hər küfr edən və ya hər şirk edən müşrik və kafirdirmi?

Tarix: 2018-01-28

Cavab #333 : Şeyx Rabi – Hər bidət işlədən bidətçidirmi? Hər şirk və ya küfr işlədən müşrik və kafirdirmi?


Şeyx Rabi ibn Hədi əl-Mədxali:

Mərhəmətli və Rəhimli Allahın adı ilə. Həmd olsun Allaha, Allahın salam və xeyir bərəkəti Peyğəmbərin və ailəsinin üzərinə olsun.

Bidətə düşənlər iki qismə bölünür:

Birinci qism:
Nəinki avam camaat, hətta elm tələbələrinin belə bilmədiyi gizli bidətə düşənlər. Belələri bidətçi adlanmaz. Onlara məsələlər açıqlanır və nəsihət edilir. Lakin bundan sonra da əməllərində israr edərlərsə, o zaman bidətçi hökmü verilər.

İkinci qism:
Əgər bidət açıq-aşkar bidət olarsa, misal olaraq rafizilər, xəvariclər, mötəzilər, qədəriyyə, murciə və bunlara oxşayanların bidətləri kimi, bu bidətlərə düşən kəsə bidətçi hökmü verilir. Çünki alimlər bu tayfalara rəddiyyələrində onların zəlalətlərini çox açıq-aşkar bir şəkildə açıqlamış və bəyan etmişlər.

Lakin İslama yeni daxil olmuş cahillər istisnadır, bu kəslərə həmən bidətçi hökmü verilmir. Lakin müsəlmanların arasında yaşayıb, Əhli-Sünnənin haqq dini açıq–aydın bəyan etdiyini və zəlalət, batil, bidət və həva əhlinə verdiyi rəddiyyələrini eşidib, bunu qəbul etməyənlərin isə üzrü yoxdur. Bu kimi aşıq-aşkar məsələlərdə üzrlü deyillər, əksinə bidətçi hökmü verilir. Əgər biri çevrilib rafizi olar, səhabələri söyərsə, buna bidətçi deməyəcəyik? Bu kəs səhabələri təkfir edir, deyəcəyik ki, “xeyr, buna bidətçi deyə bilmərik?” Əgər biri Allahdan başqasına dua edib, kömək diləyərsə, buna bidətçi deməyəcəyik?

Bu məsələlər elm tələbərinə, açıq aşkar sələfi İslam cəmiyyətində yaşayan bir çoxlarına bəllidir. İnsan şirkə düşərsə, əgər cahildirsə ilk öncə öyrədilər, sonra əməlində israr edərsə, onda ona müşrik hökmü verilir. İslam ümmətinin böyük imamlarının görüşü budur: Cahilə hüccət qaldırmaq vacibdir, alimə isə bidətə düşərsə bidətçi hökmü verilir, küfrə düşərsə, kafir hökmü verilir. Amma əməlin şirk və ya küfr olduğunu bilməyən cahilə isə hüccət qaldırılmamış təkfir olunmaz.

Elə dünən Şeyx ibn Bəzin bu mövzudakı görüşlərini oxuyurdum, ondan qabaq da, İbn Teymiyyə və dəvət imamlarının bu mövzudakı görüşlərini oxuyurdum. Hamısı cahilin təkfirindən qabaq ona hüccət qaldırmağı şərt görürlər. Buna şeyx İbn Bəzin iki məqaləsində rast gəldim ki, Vəhdətul Ədyəni (dinlərin eyni olmasını) etiqad edənə, cahil olduğu müddətcə üzr gördüyünün şahidi oldum.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir