Oxunma sayı: 199

Sual #331 : Şeyx Fovzan – Özünü partlatmaq – 1


Sual:

İntihar əməliyyatları icazəlidirmi və bu əməlin doğruluğu üçün hər hansı şərtlər varmı?

Tarix: 2018-01-28

Cavab #331 : Şeyx Fovzan – Özünü partlatmaq – 1


Şeyx Saleh əl-Fovzan:

Lə həulə və lə quvvətə illə billəh (Qüdrət və güc yalnız Allahdadır!) Məgər həyat gərəksizdir? İntihar etmək nədir?

Uca Allah buyurur:

“Öz-özünüzü öldürməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir. Kim bu əməlləri düşmənçilik və zülm etməklə yerinə yetirərsə, Biz onu odda yandıracağıq. Bu da Allah üçün asandır.” (Nisə, 29-30)

Özünü öldürməsi insana icazəli deyil. Əksinə gərək o son dərəcə özünü qorusun. Və bu Allah yolunda cihad etməyə də maneçilik törətmir. Allah yolunda savaşar və əgər ölümlə – şəhidliklə üzləşsə bu bəyənilən əməldir. Amma insanın özünü bilərəkdən öldürməsi isə qətiyyən icazəli deyil.

Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) zamanında Allah rəsulu ilə birgə döyüş meydanlarında savaşan bir cəsur var idi və sonra öldürüldü. Ölümündən öncə o savaşdığı zamanlarda insanlar onu tərifləyərək deyərdilər: Bizlərdən heç bir kəs Filankəs kimi şücaət göstərmədi.

Bu sözü eşidən Peyğəmbər (sallAllahu aleyhi və səlləm) dediki: O Cəhənnəm odundadır.

Peyğəmbərin bu sözü səhabələrə ağır gəldi. Yəni, necə ola bilərdiki savaşan və arxasınca düşüb öldürməmiş bir kafiri buraxmayan bir insan Cəhənnəmə düşsün. Və beləcə səhabələrdən biri daima onu təqib etməyə başlayır və sonda döyüş meydanında yaralı vəziyyətdə ikən onu izləyir və görür ki, o qılıncının qınını yerə dirəyib özünü qılıncın üzərinə qaldırdı və beləcə özünü qılınca doğru sıxaraq öldürdü. Qılınc sinəsindən girib kürəyindən çıxdı və o öldü. Və onu izləyən səhabə dedi ki, Allah rəsulu (sallAllahu aleyhi və səlləm) doğrunu söylədi və bildi ki, Allah Rəsulu öz nəfsindən danışmır. Həmin insan bu cür savaşmasına baxmayaraq nə üçün Cəhənnəmə girdi? Çünki özünü öldürdü və səbir etmədi.

Özünü öldürməsi insana qətiyyən icazəli deyil.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir