Oxunma sayı: 187

Sual #330 : Şeyx Useymin – Özünü partlatmaq – 3


Sual:

Möhtərəm şeyx, Allah sizi bağışlasın. Biz bəzi döyüş meydanlarında baş verən və bəzilərinin də “İntihar əməliyyatları” adlandırdıqları bəzi şeyləri eşidirik. Onlar özünə partlayıcı qurğular bağlayaraq, bədənindəki qumbaraları partlatması üçün özünü düşmən ordusunun arasına atır və elə ən birinci də özləri ölürlər. Bu əməl zirehsiz döyüşüb Allahı təəccübləndirən qulun əməli ilə müqayisə edilə bilərmi?

Tarix: 2018-01-28

Cavab #330 : Şeyx Useymin – Özünü partlatmaq – 3


Şeyx Useymin:

İntihar əməliyyatları bir insanın öz bədəninə partlayıcı qurğular bağlayaraq onu partlatması üçün düşmən üzərinə getməsidir. Bu bəlli bir məsələdir. Partlayıcılarla özünü partladır və ölür. Orada ən birinci ölən kəs də, elə özü olur. Bu əməli edən canına qəsd (intihar) etmişdir. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurmuşdur:

“Kim özünə nə ilə qəsd etsə, Cəhənnəmdə də elə həmin şey ilə əbədi əzaba məruz qalacaqdır.”

Lakin bu əməli edən kəs, bunu cihad bilərək cahilliyindən dolayı edərsə, ümid edirik Allah ona əzab verməz. (Çünki cahilliyi ona üzr ola bilər.) Amma bir kəs bunu bilərəkdən etsə, o öz canına qəsd etmiş sayılır. Bəzi insanlar bizə bunu dəlil gətirir:

“Bəra ibnul Məlikin Bəni Hənifə döyüşündə yoldaşlarına onu mancanaq üstünə qoymalarını və onu qalanın içinə atmalarını əmr etdi ki, onlar üçün qapını açsın. Və məlumdur ki, bu da, insanın özünü təhlükəyə atmasıdır.”

Bu sözün cavabında deyirik:

Bəra ibn Məlik əmin idi ki, o özünü qurtara biləcək. Və doğrudan da, burada qurtulmaq üçün hətta yüzdə bir faiz də olsa, ehtimal var. Lakin öz üzərinə partlayıcı qurğu bağlayan kəs, dəqiq bilir ki və bunda yəqindir ki, elə ən birinci o özü öləcək. Və onun qurtulmasına nəyinki yüzdə bir, heç mində bir də ehtimal yoxdur. Məhz bu səbəbdən də, bu hadisənin bu əməl ilə müqayisə edilməsi düz deyil. Çünki öz gücünə bələd olan cəsur və şücaətli bir insanın düşmən ordusunun içərisinə atılaraq, düşmən ordularının sıralarını yararkən qurtulmasına ümid var. Bu səbəbdən onların bu müqayisəsi batildir. Çünki burada öləcəyini dəqiq bilən ilə qurtulmasına ehtimal olan arasında fərq vardır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir