Oxunma sayı: 191

Sual #329 : Şeyx Useymin – Özünü partlatmaq – 2


Tarix: 2018-01-28

Cavab #329 : Şeyx Useymin – Özünü partlatmaq – 2


Şeyx Useymin:

O kəs ki, toplum insanlar içində partlayış törədir və düşünür ki, bu Allah yolunda edilən cihaddır. Həqiqətdə isə onlar İslam dininə və müsəlmanlara yaxşılıqdan çox pislik etdilər. Həmin əməllərin nəticəsi nə oldu? Sizdən soruşuram… Kafirlər İslam dininə gəldilər? Yoxsa İslam dinindən daha da uzaqlaşdılar? Onlar İslam dinindən bir qədər də uzaqlaşdılar. Məgər bu əməllər İslam dinindəndirmi? Az qalır ki, insan özünün başqaları tərəfindən bu cür çirkin tayfalara nisbət edilməməsindən ötrü üzünü bağlasın. İslam dini bu cür əməllərdən tamamiylə uzaqdır. İslam dini bu cür şeylərdən tamamiylə uzaqdır. Hətta cihad fərz olandan sonra belə səhabələr kafir cəmiyyətlərinə gedib, onları heç vaxt öldürmədilər. Cihad yalnız buna gücü çatan rəhbərin bayrağı altında edilir. Lakin bu törədilən terror aktları, vallahi, bu müsəlmanları zəiflətdi, gözdən saldı. Biz bunda bir fayda görmürük və əslən heç bir fayda da yoxdur, əksinə bu əməllərdə İslam dininə təhqir vardır. Əgər biz hikmətli olsaydıq, Allahdan qorxsaydıq, öncə özümüzü sonra digərlərini islah edərdik. Şəriətlə addımlayardıq. Bunun nəticəsi daha yaxşı olardı.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir