Oxunma sayı: 184

Sual #328 : Şeyx Useymin – Özünü partlatmaq – 1


Tarix: 2018-01-28

Cavab #328 : Şeyx Useymin – Özünü partlatmaq – 1


Şeyx Useymin:

O ki qaldı, bəzilərinin etdiklərinə, hansı ki, üzərinə partlayıcı qurğular bağlayaraq, kafir insan kütləsinə daxil olur və özü ilə birgə onları da partladır. Bu öz canına qəsd etməkdir, intihar etməkdir. Bu əməldən Allaha sığınırıq. Çünki intihar edən əbədi Cəhənnəm odunda qalacaqdır. Necə ki, bu haqda səhih hədislərin birində deyilir. Ona görə ki, bu insan özünü öldürmüşdür və bununla da İslam dininə heç bir faydası dəyməmişdir. Axı bir insan ki, həm öz canına qıymaqla yanaşı, özü ilə birgə onlarla, yüzlərlə və minlərlə insanı öldürür. Bu İslam dininə heç bir fayda vermir, əksinə bundan sonra digər insanlar da İslam dinini qəbul etməyəcəkdir.

O oğlan uşağının hədisinə gəldikdə, əksinə, orada olan camaat İslam dinini qəbul etdi. Lakin onlarla, yüzlərlə düşməni öldürməklə insanlar müsəlman olan deyillər. Əksinə, bu əməllər düşməni daha çox qəzəblənməsinə, (İslam dininə) kin bəsləmələrinə səbəb ola bilər. Həmçinin, bu səbəblə onlar müsəlmanlar arasında çaxnaşma yaratmaq istəyəcəklər.

Necə ki, bunu yəhudilər Fələstin xalqına qarşı etdi. Necə ki, bu cür partlayışlar ilə bir fələstinli özü ilə birgə altı-yeddi yəhudi öldürür, əvəzində isə ən azı on dəfə çox fələstinli öldürülür. Bu nə müsəlmanlara, nə də partlayışa məruz qalmış kəslərə fayda vermir. Məhz bu səbəbdən, heç kimin özünü öldürməyə haqqı yoxdur, çünki bu onu hökmən Cəhənnəmə salacaqdır. Allaha sığınırıq.

Özünü partladan belə adam şəhid sayılmır. Əgər bunu edən şəxs belə zənn edibsə ki, bu əməl icazəlidir, ümid edirik ki, cahilliyinə görə bu günahı bağışlanar. Lakin o şəhid sayılmır. Çünki o həqiqi şəhidlik yoluna qədəm qoymayıb. Və lakin təvil edib (səhv anlayıb), xəta etdiyinə görə günahdan azad olar.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir