Oxunma sayı: 194

Sual #326 : Şeyx Racihi – Özünü partlatmaq


Sual:

Bu günümüzdə mövcud olan – özünü partladaraq kafirləri öldürmək istəyən hərəkətlər haqda nə deyirsiniz?

Tarix: 2018-01-28

Cavab #326 : Şeyx Racihi – Özünü partlatmaq


Şeyx Abdul-Aziz ər–Racihi:

Bu haqda mənə verilən suala İbn Teymiyyə haqda olan dövrədə cavab vermişəm. Cavabım internet səhifələrində mövcuddur. Mənə görə, bu əməl şəriətlə düzgün deyildir, necə ki, bunu şəri dəlillər də isbat edir. Bu iki qoşun arasında olan döyüş növlərindən deyil. Nə də ki, özünü romalıların üzərinə atan kişinin misalına bənzəmir. Onlar deyirlər ki, bu həmin şeydir. Xeyr, bu belə deyil. Çünki, birincisi bu əməllər – hansı ki, bunu “şəhidlik” əməliyyatı adlandırırlar – döyüş meydanında baş vermir. Həmin insan əmin–amanlıqda olan insanların yanına gəlir və onların arasında özünü partladır.

O ki, qaldı döyüş meydanına, müsəlmanlar üzbəüz kafir düşmənlə döyüşür və müsəlman özünü kafirlərin üzərinə atır.

İkincisi, özünü kafirlərin üzərinə atan özünü öldürmüş sayılmır. Çünki, onun sağ qalmaq ehtimalı var. Amma özünü partladan isə artıq özünü öldürmüş sayılır. Onun sağ qalmaq ehtimalı yoxdur.

Üçüncüsü, Səhih Buxaridə hədisdə gəlir ki, Xeybər döyüşündə Amr bin Əkva yəhudi ilə döyüşdüyü zaman qılıncın ucu özündən asılı olmayaraq ayağına batır, ayağını yaralayır və bu yaradan da vəfat edir. Səhabələr deyirlər ki, Amr bin Əkvanın cihadı batil oldu. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) Amr bin Əkvanın qardaşının yanına gəlib onu kədərli gördükdə səbəbini soruşur. O deyir: Ey Allahın rəsulu, insanlar deyirlər ki, Amrın cihadı batil oldu. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) deyir: “Kim bunu deyirsə yalan danışır, o vuruşaraq cihad etdi.”

Baxın, əgər Amrın özündən asılı olmayaraq həyatına qəsd etməsi səhabələrə qaranlıq qaldısa və dedilərsə ki, onun cihadı batil oldu, onda özünü qəsdən partladanın halı necədir? Ona görə də, bu kimi əməllər cihaddan deyil. Bəzi tələbələr var ki, bunun icazəli olduğuna dair fətva verirlər. Bu düzgün deyil.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir